Ümumi məlumat
Kapital Bank namizədləri Əməliyyat Risklərinin İdarəedilməsi prosesinin Baş Mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- Əməliyyat risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi işində iştirak edir;
- Əməliyyat risklərinin minimallaşdırılması və qarşısının alınması ilə bağlı rəy verir və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak edir;
- Bankda risk mədəniyyətinin yüksəldilməsi məqsədilə maarifləndirmə işlərində iştirak edir;
- Yaradılan yeni məhsul, xidmət, proseslər, motivasiya sistemləri həmçinin mövcud məhsul,xidmət,proseslər və motivasiya sistemləri üzərində dəyişikliklər üzrə əməliyyat risklərinin müəyyən olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı rəy vermək;
- Bankda yazılan yeni normativ sənədlərə, həmçinin mövcud normativ sənədlərə edilən dəyişikliklər üzrə əməliyyat risklərinin müəyyən olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı rəy vermək; BƏS üzrə Rol matrislərin yaradılması və onlara edilən dəyişikliklərlə bağlı rəy vermək;
Tələblər
- Ali iqtisadi və ya maliyyə təhsili
- Bank sektorunda ən azı 4 il, funksiya üzrə 2 il
- Microsoft Excel, Word, Outlook üzrə biliklər
- Azərbaycan, İngilis dili bilikləri
- Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlərə malik olması alqışlanır
Kapital Bank-da iş mühiti ilə daha yaxından tanış olmaq üçün keçid edin - https://urlgeni.us/linkedin/mblbnnr