Əməliyyat üzrə menecer müavini

Əməliyyat üzrə menecer müavini

PASHA Malls
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Digər

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    09 noyabr 2024

  • Bitmə tarixi

    14 dekabr 2024

Diqqət!

Bu elanın vaxtı bitib. Əməliyyatlar üzrə menecer vakansiyaları üçün bura keçid edin!

 

Təsvir:

  • Ticarət mərkəzinin fiziki idarə edilməsi ilə yanaşı, onun mühafizə, təhlükəsizlik, təmizlik işlərinin idarə edilməsi, bina və avadanlıqların saxlanılması daxil olmaqla ümumi əməliyyat məsələlərini idarə etmək;
  •  İcarəçilərin və qonaqların bütün tələblərinə cavab vermək üçün ticarət mərkəzində gündəlik əməliyyatları ən yüksək keyfiyyət standartlarına uyğunlaşdırmaqla idarə etmək;
  •  Ticarət mərkəzinin daxilində və xaricində bütün sahələrə ümumi nəzarət və üzərinə düşən vəzifələrin yerinə yetirilməsi;
  •  Bütün əməliyyat, təhlükəsizlik və təmizlik, eləcə də üçüncü tərəf işçilərini nəzarət sistemi çərçivəsində yüksək məhsuldarlığı təmin etmək üçün nəzarətdə saxlamaq;
  •  İcarəçilərə və ticarət mərkəzinin qonaqlarına yüksək keyfiyyətli xidməti təmin etmək üçün Məlumat Mərkəzi Xidmətinə nəzarət etmək;
  • Daima ərazidə olmaq, problemlər baş verən kimi dərhal onları həll etmək, qabaqlayıcı tədbirləri həyata keçirmək və yuxarı rəhbərliyi daim məlumatlandırmaq;
  •  PAŞA Malls şirkətinin Korporativ dəyərlərini, Etik normalar, Hədiyyə və Əyləncə siyasətini, eləcə də şirkətin digər siyasət və prosedurlarının təşviq etmək və qorumaq;
  • Ticarət Mərkəzinin meneceri və Əməliyyat üzrə menecerin tapşırdığı digər işləri yerinə yetirmək.

 

Tələblər:

  • Biznesin idarəetməsi, marketinq, ticarət, idarəetmə, maliyyə və ya oxşar sahələr üzrə diplom.
  • Azərbaycan, ingilis və rus dillərində səlis danışmaq bacarığı.
  • Ms Ofis (Word, Excel, Power Point) proqramlarında işləmək bacarıqları.
  • Qonaqpərvərlik və ya qonaq(müştəri) xidmətləri sahəsində təcrübə.
  • Yaxşı qonaq xidməti və təşkilatçılıq bacarığı.
  • Şəxslərarası münasibətlər qurmaq bacarığı və bütün səviyyələrdə işçilərlə səmərəli qarşılıqlı əlaqə qura bilmək.
  • İnzibati detalları və gündəlik işləri idarə etmək bacarığı; gündəlik məsələləri müstəqil şəkildə, məsuliyyəti öz üzərinə götürərək həll etmək.
  • Güclü təşkilatçılıq bacarıqları, çoxsaylı tapşırıqları eyni zamanda yerinə yetirmək bacarığı.
  • Vaxtın düzgün idarəedilməsi bacarıqları və işi prioritetləşdirmək bacarığı.
  • Detallara diqqət və problem həll etmə bacarığı.
  • Böyük komandanın bir hissəsi kimi çalışmaq, həmçinin müstəqil işləmək bacarığına sahib olmaq.

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox