Bakı
Digər
Razılaşma ilə
Tam-ştat
Ali
04 fevral 2021
06 mart 2021
İş haqqında məlumat:
• ATM (Exchange və sairə) terminalların inkassasiyasını həyata keçirmək, aktlaşdırmaq, terminal yerləşdirilmiş və çıxarılmış nağd pul vəsaitlərini müvafiq balans hesabları ilə müqayisə etmək, doğru və düzgün müxabirləşmələri sistemə daxil etmək;
• Beynəlxalq və ölkədaxili pul köçürmələri sistemləri üzrə əməliyyatları həyata keçirmək;
• Əməliyyat gününün sonunda özü tərəfindən icra edilmiş bütün əməliyyatları yoxlamaq;
• Filialın kassasına daxil olan(inkassasiya və sairə) və göndərilən iri məbləğli nağd pulların sayılması, çeşidlənməsi və sairə işlərdə digər əmədaşlara dəstək vermək;
• Göstərilmiş xidmətlərə görə faizləri və komissiyaları təyinatı üzrə tutmaq (sistemdə onaylamaq və ya giriş etmək);
• Hesablararası bank daxili köçürmələri bank proqramında yığmaq, sənədlərdə icra haqqında öz qeydlərini aparmaq, imzalamaq və ştampla təsdiq etmək;
• Müştərilərin bank hesabları üzrə(hesab olmadan aparılan əməliyyatlar daxil) nağd və qeyri-nağd mədaxil və məxaric əməliyyatlarını aparmaq;
• Kommunal ödəniş sistemləri vasitəsi ilə müştərilərin su, qaz, işıq, telefon, cərimə, rüsum və s. ödənişlərini qəbul etmək və ya müştəri hesabından ödəmək
• Müştərilərə bank məhsulu və xidmətləri haqqında məlumat vermək, çarpaz satış etmək və müştəri məmnuniyyətini ön planda tutacaq şəkildə aparmaq, müştəri şikayətinin zamanında həll edilməsi üçün lazımi tədbirlər görmək.
İş yeri: Azərbaycan Sənaye Bankı
Namizədə tələblər:• Ali təhsilli (iqtisadi, texniki və ya hüquqi) olmalı;
• Rus dilini yaxşı səviyyədə bilməli (ingilis dili biliyi üstünlükdür) ;
• Microsoft Office proqramlarını bilməli;
• Qrup şəklində və müştərilərlə işləmək qabiliyyəti olmalı;
• Fikirlərini şifahi və yazılı şəkildə aydın və dolğun çatdırmaq bacarığı olmalı;
• Yerli və xarici valyutanın saxtalığını müəyyənetmə bacarığı olmalı;
• Analitik problem həlletmə bacarığı olmalı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini cv@azersun.com elektron ünvanına ``Əməliyyatçı-xəzinədar `` başlığı ilə göndərə bilərlər.
Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik
müddətinin sonunadək orada qalacaq.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.