Ətraf Mühit və Sosial İdarəetmə komandasında təcrübə proqramı

Ətraf Mühit və Sosial İdarəetmə komandasında təcrübə proqramı

AccessBank
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Bank xidməti

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Təcrübəçi

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    14 iyul 2024

  • Bitmə tarixi

    23 avqust 2024

Diqqət!

Bu elanın vaxtı bitib. Təcrübə proqramı vakansiyaları üçün bura keçid edin!

Təsvir

Azərbaycanda mikromaliyyələşdirmə lideri olan “AccessBank” Anderrayting departamentində Ətraf Mühit və Sosial İdarəetmə komandasında 3 aylıq ödənişli təcrübə proqramı elan edir!

 

Təcrübə zamanı nə edəcəksiniz:

  • Ekoloji və sosial tələblərlə bağlı beynəlxalq, yerli və daxili siyasət və prosedurları nəzərdən keçirmək, bu biliyi gündəlik işində tətbiq etmək.
  • Bankın müştərilərinin biznes fəaliyyətinin ekoloji və sosial məsələlərlə bağlı müvafiq yerli və daxili qaydalara uyğunluğuna nəzarət etmək.
  • Bank daxilində Ekoloji və Sosial İdarəetmə Sisteminin və Müştəri Mühafizəsi Prinsiplərinin icrasına nəzarət etmək və qiymətləndirmək.
  • Həm daxili menecment, həm də xarici tərəfdaşlar üçün Ekoloji, Sosial və İqtisadi göstəricilər, Müştəri Hüquqlarının Müdafiəsi, Bankın portfeli və digər müvafiq göstəricilər üzrə hesabatları tərtib etmək.
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirilmək.

Tələblər

  • Ali təhsil (ətraf mühit və/və ya texniki təhsilə üstünlük verilir);
  • Azərbaycan dilini və ingilis dilini yaxşı səviyyəsində bilmək;
  • Mütaliyə etmək, yeni məlumatlar almaq və peşəkar biliklərini daim inkişaf etdirmək marağı;
  • Zəruri hallarda müştərilərin biznes yerlərinə və bankın filiallarına getmək imkanı;
  • Tədqiqat aparmaq və hesabat hazırlamaq bacarığı;
  • MS Office proqramlarını yaxşı bilmək (xüsusilə Excel);
  • Effektiv əməkdaşlıq etməyə hazır olan komanda yönümlü düşüncə tərzi.

Elan #854673

  • 2452

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox