Faktorinq xidmətlərinin satışı üzrə kiçik mütəxəssis

Faktorinq xidmətlərinin satışı üzrə kiçik mütəxəssis

Ferrum Capital QSC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Satış üzrə mütəxəssis

  • Maaş

    300 AZN

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    13 sentyabr 2021

  • Bitmə tarixi

    13 oktyabr 2021

Diqqət!

Bu elanın vaxtı bitib. Satış mütəxəssisi vakansiyaları üçün bura keçid edin!

Faktorinq xidmətlərinin satışı üzrə kiçik mütəxəssis

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Faktorinq xidmətlərinin satışı üzrə kiçik mütəxəssis vakansiyasını elan edir.

Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.

Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

Faktorinq xidmətlərinin satışı üzrə kiçik mütəxəssis nə iş görür?

  • Faktorinq xidmətlərinin satışı, təqdim olunması və yeni müştərilərin cəlb olunması
  • Bazar araşdırmalarının aparılması, yeni satış kanallarının formalaşdırılması və mövcud kanalların təkmilləşdirilməsi
  • Müştərilərlə vaxtaşırı görüşlərin keçirilməsi, satış nümayəndələrinə və kanal tərəfdaşlarına dəstək göstərilməsi
  • Müştərilərin qorunub saxlanılması təşəbbüslərinin hazırlanması, həmçinin çarpaz- satış imkanlarının inkişaf etdirilməsi
  • Müştəri rəylərinə əsaslanaraq yeni məhsulların yaradılması ilə bağlı təkliflərin hazırlanması
  • Satış proqressini dəqiq izləmək məqsədilə satış qıfının (sales funnel) formallaşması və idarəetmə təşəbbüslərində komanda üzvləri ilə birgə işlənilməsi

    Əlavə məlumat

    • Bazar ertəsi – Cümə: 09:30 – 18:30
    • Şənbə: 10:00 – 14:00
    • Əmək haqqı: 300 AZN + Bonus

      Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Faktorinq xidmətlərinin satışı üzrə kiçik mütəxəssis” qeyd etməklə hr@ferrumcapital.az e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

      Namizədə tələblər:

      Kimlər müraciət edə bilər?

      • 21-29 yaş aralığında gənclər

      Hansı özəlliklərə malik olmalıdır?

      • Ali təhsil
      • Əla səviyyədə azərbaycan dili (rus dili üstünlükdür)
      • Səlis və aydın nitq qabiliyyəti
      • Müştəri yönümlülük, təqdimetmə bacarığı
      • Yüksək ünsiyyətqurma, satış və inandırma bacarığı

        Müraciət üçün e-poçt daxil et

        Oxşar vakansiyalar

        Bakıda işlər

        Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
        Daha çox