Faktorinqə dəstək bölməsinin kiçik mütəxəssisi

Faktorinqə dəstək bölməsinin kiçik mütəxəssisi

Ferrum Capital QSC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Kredit mütəxəssisi

  • Maaş

    300 AZN

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    27 sentyabr 2021

  • Bitmə tarixi

    27 oktyabr 2021

Diqqət!

Bu elanın vaxtı bitib. vakansiyaları üçün bura keçid edin!

Faktorinqə dəstək bölməsinin kiçik mütəxəssisi

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Faktorinq departamentində Faktorinqə dəstək bölməsinin kiçik mütəxəssisi vakansiyasını elan edir.

Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.

Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

Faktorinqə dəstək bölməsinin kiçik mütəxəssisi nə iş görür?

  • Müraciət etmiş müştərilərin faktorinq xidmətləri barədə məlumatlandırılması 
  • Faktorinq üzrə müraciətlərin qəbulu və müştəri məlumatlarının sistemə daxil edilməsi
  • Faktorinq üzrə müvafiq sənədləşmənin həyata keçirilməsi
  • Səlahiyyətləri çərçivəsində ünvanlanan sualların cavablandırılması

    Əlavə məlumat

    • Bazarertəsi – Şənbə: 09:30 – 18:30
    • Əmək haqqı: 300 AZN

      Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Faktorinqə dəstək bölməsinin kiçik mütəxəssisi” qeyd etməklə hr@ferrumcapital.az e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

       Namizədə tələblər:

      Kimlər müraciət edə bilər?

      • 21 - 30 yaş aralığında gənclər

      Hansı özəlliklərə malik olmalıdır?

      • Azərbaycan dilini əla səviyyədə bilmək  (Rus dili biliyi üstünlükdür)
      • Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı
      • Detallara qarşı diqqətlilik 
      • Ofis proqramları və avadanlıqları ilə işləmə

      Müraciət üçün e-poçt daxil et

      Elan #843548

      • 1919

      Oxşar vakansiyalar

      Bakıda işlər

      Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
      Daha çox