Ağstafa
Digər
Razılaşma ilə
Tam-ştat
05 aprel 2023
05 may 2023
“Qarant Kredit” Lombard təşkilatı Ağstafa şəhərində yerləşən filialı üçün
“Filial Meneceri” vakansiyası elan edir.
İş barədə məlumat:
-Filialın cari fəaliyyətinə rəhbərliyi həyata keçirmək və işçi heyətini idarə etmək;
-Filialın kredit portfelini idarə etmək və maliyyə əməliyyatlarına nəzarət etmək;
-Filial işçilərinin səlahiyyətlərinə uyğun şəkildə işləməsini təmin etmək;
-Filialın müştəri bazasının genişləndirilməsi üçün yeni təkliflər planı hazırlamaq;
-Müştərilərdə bağlılıq yaratmaq, rəqiblərin vəziyyətini və bazar paylarını analiz etmək;
-Rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq və düzgün şəkildə icra etmək;
-Filialın balansında olan maddi əşyaların,o cümlədən avadanlıqların,invertarların hərəkəti və istismarına nəzarəti həyata keçirmək;
-Rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq və düzgün şəkildə icra etmək;
-Birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq.
- Ali təhsil;
- Azərbaycan dilində səlist danışıq qabiliyyəti;
- Müvafiq vəzifədə azı 2 il iş təcrübəsi;
- Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;
- Sərbəst və şəffaf şəkildə fikir izah etmə və idarəetmə bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
- Müştərini cəlbetmə bacarığı.
Qeyd:Bank,Bank olmayan kredit təşkilatı və Lombard sahəsində çalışan namizədlərə üstünlük verilir.
Qeyd olunan tələblərə uyğun gələn namizədlər öz CV formalarını "Filial Meneceri(Ağstafa)" başlığı altında hr@qarantkredit.az elektron ünvanına göndərə bilərlər.
Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik
müddətinin sonunadək orada qalacaq.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.