Bakı
Bank xidməti
Razılaşma ilə
Tam-ştat
02 noyabr 2023
02 dekabr 2023
“Azər-Türk Bank” ASC Filial müdirinin müavini (Kiçik və Orta Biznes kreditləri üzrə)vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
• Banka yeni müştərilərin cəlb edilməsi məqsədilə xidmət paketləri hazırlamaq və ölkədə fəaliyyət göstərən müxtəlif növ biznes nümayəndələri ilə görüşlər təşkil etmək;
• Bankın yeni məhsul və xidmətləri barədə mövcud kiçik və orta biznes seqmentinə aid müştəriləri məlumatlandırmaq;
• Aylıq satış planlarının icrasının təmin edilməsi məqsədi ilə tabeliyindəki əməkdaşlara istiqamət vermək;
• Filialda KOB subyektlərinə kreditlərin verilməsi üçün ilkin qərarlarda iştirak etmək;
• Satış üzrə hədəflərə nail olmaq məqsədilə əlaqədar struktur bölmələrlə birlikdə müvafiq tədbirlər planının hazırlanmasında iştirak etmək;
• Mərkəzi Bank və dövlət qurumları tərəfindən daxil olan və digər aidiyyatı sorğuları koordinasiya etmək;
• Satışın təşkili bölməsinin rəhbəri və filial müdiri tərəfindən verilmiş digər vəzifələri yerinə yetirmək.
Namizədə tələblər:
• Ali təhsil (Maliyyə, iqtisadiyyat, bankçılıq və s. əlaqəli ixtisaslar);
• Vəzifəyə uyğun olaraq müvafiq sahədə 5 il iş təcrübəsi (minimum 2 il idarəetmə təcrübəsi);
• Səlis Azərbaycan dili biliyi, xarici dil biliyi arzuolunandır;
• MS Office proqramlarından istifadə etmə bacarığı;
• Müştərilərlə yüksək ünsiyyət qurma və idarəetmə bacarığı.
Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik
müddətinin sonunadək orada qalacaq.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.