Bakı
Proqramlaşdırma
Razılaşma ilə
Tam-ştat
13 dekabr 2021
12 yanvar 2022
Məhsul yaradılmasına töhfə verilməsi, öz kod və qərarları ilə həll təklifi, biznes dəyərlərini çatdırmaq üçün “frontend” mühəndislik praktikasının gücləndirilməsi;
İstifadə interfeysinin yaradılması və rəqəmsal məhsulların istifadəyə uyğun təcrübəsinin hazırlanması;
Komandada digər “frontend” proqramçıları idarə etmək, qrup rəhbərinin tələbi əsasında onların lazımi bilik və təcrübə əldə etməsi üçün təşəbbüskarlıq;
Mükəmməl istifadəçi interfeysi yaratmaq üçün UI/UX dizayn çərçivələrinin koda çevrilməsi;
Qrafik dizayn və texniki icra arasında boşluğu aradan qaldırmaq üçün UI/UX dizayner və “backend” proqramçılar ilə əməkdaşlıq və hər iki tərəfin işində aktiv iştirak etməklə proqramın iş prinsipinin müəyyən edilməsi;
UX/UI tələblərinə uyğun, istifadəyə rahat, inkişaf edən və səhvə davamlı proqramların yaradılması;
Dəqiqlik və funksionallıq üçün kodlara nəzarət;
İstənilən maneələri aradan qaldırmaq və çətin biznes problemləri üçün texniki həllərin hazırlanması;
“Agile” işləmə yollarının təkmilləşdirilməsi və dəstəklənməsi;
Şöbənin keyfiyyət işləri, sistem qəbul testləri və yoxlama keyfiyyətləri də daxil olmaqla mühəndislik işlərinin təmin edilməsi;
Şöbə fəaliyyətinin şirkətdə mövcud olan daxili prosedur, məxfilik siyasəti və dövlət qanunvericiliyinə uyğun olaraq həyata keçirilməsi;
Bankın daxili qayda, proses, siyasət, o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar təlimatlarına ciddi şəkildə əməl edilməsi və onların pozulmasına görə məsuliyyət.
Namizədə tələblər:TƏHSİL
İnformasiya texnologiyaları, Riyaziyyat və digər müvafiq sahə üzrə Bakalavr təhsili
İŞ TƏCRÜBƏSİ
Proqram təminatı, mühəndislik sahəsində ən az 5 il
XARİCİ DİL
İngilis
KOMPÜTER BİLİKLƏRİ
React (or Angular, Ember, and Backbone), Typescript üzrə mükəmməl bilik
İstifadəçi əlaqəsi və dizayn, prinsip və standartları haqqında anlayış
Verilənlərin strukturu və alqoritm biliyi
SERTİFİKATLAR
DİGƏR
Müraciət üçün: https://careers.pashabank.az/az/vakansiyalar/33
Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik
müddətinin sonunadək orada qalacaq.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.