- Məhsul yaradılmasına töhfə verilməsi, öz kod və qərarları ilə həll təklifi, biznes dəyərlərini çatdırmaq üçün “frontend” mühəndislik praktikasının gücləndirilməsi;
- İstifadə interfeysinin yaradılması və rəqəmsal məhsulların istifadəyə uyğun təcrübəsinin hazırlanması;
- Komandada digər “frontend” proqramçıları idarə etmək, qrup rəhbərinin tələbi əsasında onların lazımi bilik və təcrübə əldə etməsi üçün təşəbbüskarlıq;
- Mükəmməl istifadəçi interfeysi yaratmaq üçün UI/UX dizayn çərçivələrinin koda çevrilməsi;
- Qrafik dizayn və texniki icra arasında boşluğu aradan qaldırmaq üçün UI/UX dizayner və “backend” proqramçılar ilə əməkdaşlıq və hər iki tərəfin işində aktiv iştirak etməklə proqramın iş prinsipinin müəyyən edilməsi;
- UX/UI tələblərinə uyğun, istifadəyə rahat, inkişaf edən və səhvə davamlı proqramların yaradılması;
- Dəqiqlik və funksionallıq üçün kodlara nəzarət;
- İstənilən maneələri aradan qaldırmaq və çətin biznes problemləri üçün texniki həllərin hazırlanması;
- “Agile” işləmə yollarının təkmilləşdirilməsi və dəstəklənməsi;
- Şöbənin keyfiyyət işləri, sistem qəbul testləri və yoxlama keyfiyyətləri də daxil olmaqla mühəndislik işlərinin təmin edilməsi;
- Şöbə fəaliyyətinin şirkətdə mövcud olan daxili prosedur, məxfilik siyasəti və dövlət qanunvericiliyinə uyğun olaraq həyata keçirilməsi;
- Bankın daxili qayda, proses, siyasət, o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar təlimatlarına ciddi şəkildə əməl edilməsi və onların pozulmasına görə məsuliyyət.
Namizədə tələblər:TƏHSİL
İnformasiya texnologiyaları, Riyaziyyat və digər müvafiq sahə üzrə Bakalavr təhsili
İŞ TƏCRÜBƏSİ
Proqram təminatı, mühəndislik sahəsində ən az 5 il
XARİCİ DİL
İngilis
KOMPÜTER BİLİKLƏRİ
React (or Angular, Ember, and Backbone), Typescript üzrə mükəmməl bilik
İstifadəçi əlaqəsi və dizayn, prinsip və standartları haqqında anlayış
Verilənlərin strukturu və alqoritm biliyi
SERTİFİKATLAR
- Məhsul üzrə biliklər: JIRA və ya hər hansı digər tapşırıq idarəetmə vasitəsi, SVN və ya GIT
- Digər: Yüksək idarəçilik, ünsiyyət və hesabat bacarıqları
- Üstünlük verilir:
- Kodun yenidən işlənməsi
- Dizayn nümunələri və dizayn yönümlü inkişaf
- Domain yönümlü dizayn
- CI/CD və yüksək miqyaslı proqramlar, proqram təhlükəsizliyi
- İkili proqramlaşdırma və testlər üzrə biliklər
Müraciət üçün: https://careers.pashabank.az/az/vakansiyalar/33