Bakı
Proqramlaşdırma
3000 - 5000 AZN
Tam-ştat
Ali
01 dekabr 2021
31 dekabr 2021
Alman şirkətinin proyektinə Frontend (Vue.js) proqramçı axtarılır.
Gözləntilər:
- Frontend arxitekturasını və UI/UX dizaynerlərimizn tərtib etdiyi istifadəçi interfeyslərini təmiz və səliqəli şəkildə tədbiq etmək
- Hazırki və gələcəkdə tədbiq edəcəyimiz səhifələrin / komponentlərin avtomatik test (Cypress) edilməsini təmin etmək
- Ara sıra layihədə yığılan texniki borcu aradan qaldırmaq
- Proyektimizin faydalana biləcəyi yeni frontend ideyaları və texnologiyaları nəzərdən keçirmək
Təkliflər:
- Aylıq 5000 AZN əmək haqqı
- Şəhər mərkəzində (Caspian Plaza) rahat iş şəraiti
- İş qrafiki: Həftənin 5 günü (Bazar ertəsi - Cümə) 09:00 - 18:00 (1 saat nahar fasiləsi daxil)
- İş qrafikini tənzimləmək mümkündür
Namizədə tələblər:- HTML, CSS (SCSS) və JavaScript-i mükəmməl bilmək
- Vue.js-i və onun əsas prinsiplərini yaxşı başa düşmək
- NPM, Webpack, Babel kimi frontend alətləri ilə işləmə təcrübəsi
- Səmərəli, təmiz və genişlənə bilən kod yazmaq bacarığı
- git ilə işləmə bacarığı (yaranan konfliktləri problemsiz şəkildə həll etmək)
- REST API üzrə əsas biliklər (sorğunu göndərib cavabı qəbul etmək)
- Sadə və gözə oxşayan istifadəçi interfeysi qurmaq bacarıqı
- İngilis dilini bilmək üstünlük olacaq
Müraciət üçün müvafiq sənədlər tələb olunur:
- CV (vacib)
- Müşaiyət məktubu (Cover letter). Məktubu, istədiyinizə görə, azərbaycan, rus və yaxud ingilis dilində yaza bilərsiz. Məktubun məqsədi dil biliyizi yoxlamaq deyil (vacib)
- Hər hansısa iş referansı və yaxud sertifikatınız varsa, əlavə edə bilərsiz
Müraciətinizi murad.isayev@zipmend.com email ünvanına göndərin.
Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik
müddətinin sonunadək orada qalacaq.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.