Full-stack developer

Full-stack developer

Gamboo
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Proqramlaşdırma

  • Maaş

    700 - 1100 AZN

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    05 may 2022

  • Bitmə tarixi

    04 iyun 2022

Diqqət!

Bu elanın vaxtı bitib. Full-stack Developer vakansiyaları üçün bura keçid edin!

Şirkət adı: Gamboo

Full-stack developer:

Dostlar, 6 aydır ki, aktiv olaraq üzərində işlədiyimiz və qlobal bazarı hədəflədiymiz startapımız üçün yeni komanda yoldaşı axtarırıq. Əvvəlcə layihə haqqında qısa məlumat verim. Məqsədimiz Proqramlaşdırma, Süni İntellekt, Data Science kimi texniki sahələr üzrə iş simulasiyasına əsaslanan platforma ilə ilk öncə Türkiyə, daha sonra isə

Amerika bazarına açılmaqdır. İlkin investisiyamızı əldə etmişik və indi də 7 nəfərdən ibarət olan komandamıza “Əjdaha” bir “Full-stack Django/React Developer” axtarırıq.

İlk öncə komandamıza qatılmaqla nə əldə edəcəksiniz, onları qeyd edək:

  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq 700-1100 AZN aralığında dəyişəcəkdir.
  • Mehriban kollektivlə işləmək şansı
  • Startup mühiti, korporativ stildə deyil də, “flat” rejimdə fəaliyyət.
  • Rəsmi müqavilə əsasında çalışma.
  • Ən əsası, birlikdə davamlı şəkildə bir-birimizdən öyrənəcəyimiz, inkişaf edəcəyimiz bu proqressiv yolda birlikdə addımlayacağımız səmimi mühitin mövcudluğu.


Namizədə tələblər:

Komanda yoldaşımız üçün gözləntilərimiz:

  • Öyrənmək həvəsi, startap ruhuna uyğunlaşan və risk almağı sevən biri.
  • Upper intermediate İngilis dili bacarığı. Minimum 1 il iş təcrübəsi və portfel.
  • Remote iş mühitində təcrübəsi olması üstünlükdür.
  • Çalışacağı komanda 2 full-stack developer (özü daxil), 2 data scientistdən ibarət olacaqdır.

Əsas Tələblər:

  • Django
  • DRF
  • Celery
  • React
  • Git/GitHub
  • Postgresql
  • Docker
  • AWS, CI/CD bilikləri üstünlüktür
  • İş rejimi: Full-time remote

Maraqlanan şəxslərin CV-lərini hire@gamboo.io email adresinə "Full-stack developer" başlığı altında göndərməsi xahiş olunur

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox