Google Ads Təcrübə Proqramı
🚀1300 AZN Maaşlı Google Ads Təcrübə Proqramı – Həm sıfırdan rəqəmsal marketinqi öyrənib bu sahənin mütəxəssisinə çevrilmək, həm də öyrənərkən yüksək maaş qazanmaq fürsəti!
- Sıfırdan rəqəmsal marketinq sahəsinə keçmək istəyirsən?
- Bu sahədə biliklərin var, amma daha dərin biliklərə yiyələnmək istəyirsən?
- Həm bilik, həm də təcrübən var, lakin bu sahədə daha dərin biliklər əldə etmək istəyirsən?
- Analitik düşüncən güclüdür, rəqəmlərlə işləməyi sevirsən və karyerana güclü bir başlanğıc vermək istəyirsənsə – bu təcrübə proqramı sənin üçündür!
- Proqramı uğurla tamamlayanlar daimi işlə təmin olunaraq komandamıza qoşulacaqlar.
Google Ads Təcrübə Proqramı – 3 ay davam edən intensiv, praktiki və mentor dəstəyi ilə dolu bir proqramdır. Bu müddətdə sən:
- Keyword research və analizləri
- Reklam mətnlərinin hazırlanması
- Landing pagelərin optimizasiyası
- Kampaniyaların yaradılması və idarə edilməsi
- Data analitika və optimizasiya
- Risklərin idarə olunması
- və Google Ads marketinqin əsaslarını A-dan Z-yə öyrənəcəksən!
Kimlər müraciət edə bilər?
- ✅ Yeni məzunlar
- ✅ İş yerini dəyişmək istəyənlər
- ✅ Analitik bacarığı, məntiqi düşüncəsi və rəqəmlərlə işləməyə marağı olanlar
Səni gözləyən inkişaf imkanları:
- · Mentorlarla birlikdə sürətli training proqramı
- · Nəzarət altında yüksək büdcəli kampaniyaları idarə etməklə real təcrübə qazanmaq
- · Kreativ və enerjili komanda ilə iş mühiti
İş Qrafiki:
- Həftədə 4 gün – Bazar ertəsi – Cümə axşamı, saat 10:00 – 19:00 arası ofisdə işləyəcəksən.
- Cümə günləri isə sərbəstdir – istəsən evdən, istəsən ofisdən işləyə bilərsən.
- Qeyd: bəzi hallarda daxili qaydalara əsasən, Cümə günü ofisdə olmaq tələb oluna bilər.
Ofis İmkanları:
- Gündəlik nahar, qəlyanaltılar və içkilər
- Game room
- Nap area
- Müasir və tam təchiz olunmuş ofis
- Rahat, ilhamverici və dəstəkləyici mühit
Bu sadəcə bir təcrübə deyil – bu həyatını və gələcəyini dəyişdirəcək real bir fürsətdir!
İndi müraciət et və digital marketinqdə öz yerini tut!
Google Ads Təcrübə Proqramı