Head of Data Technology
Elan № 21213
Müraciət linki
Müraciət linki
21 Noyabr
Elan tarixi
26 Dekabr
Bitmə tarixi
3371
Baxılıb
İş məlumatları
İş barədə məlumat
“PAŞA Holdinq” namizədləri Data Texnologiyaları üzrə Rəhbər vəzifəsinə müraciət etməyə dəvət edir. “Data Office” daxilindəki bu vəzifə PAŞA Qrupu üzrə data potensialının açılması, qrup daxilində data texnologiyalarının tətbiqi və inkişaf etdirilməsi yolu ilə dəyər yaratmaq baxımından mühüm rol oynayır. Baş data inzibatçısı ofisinin bir hissəsi olaraq, siz data texnologiyalarının yaradılmasında aparıcı rol oynayacaqsınız, bunun üçün maraqlı tərəflərlə əlaqə quraraq tələbləri toplayacaq və biznes və texnologiya liderləri ilə birlikdə bu texnologiyaları dizayn edib inkişaf etdirəcəksiniz.
İşin təsviri:
- Yeni texnologiyalar dəstinin məhsul idarə edilməsi prosesi baxımından tam rəhbərlik və onun həyata keçirilməsinə cavabdeh olan komandaya nəzarət edilməsi. Bu yüksək profilli rol, C səviyyəsində rəhbərlər də daxil olmaqla, təşkilat daxilində biznes liderləri və tərəfdaşlarla işləməyi ehtiva edir. Uğur üçün maliyyə və/və ya pərakəndə satış sahəsində güclü biznes və texnologiya təcrübəsi vacibdir;
- Aktivlərin data texnologiyaları yol xəritələrinin icrasını müşahidə edilməsi və PASHA Holding Data Ofisinin “imkanların yaradılması” missiyasına uyğun olaraq, Qrup üzrə ən qabaqçıl data texnologiyalarının tətbiqinin təşviq edilməsi;
- Data mühəndisləri, arxitektorlar, devops mühəndisləri, data əməliyyatları mühəndisləri və data analitiklərindən ibarət Çevik (Agile) icra komandasına rəhbərlik, onları inkişaf etdirmək və ruhlandırmaq üçün Agile təşkilatların təcrübəsindən istifadə edilməsi. İnnovasiya və mükəmməllik mədəniyyətinin təşviq edilməsi. Data texnologiyaları üzrə komanda üzvlərinə mentorluq və inkişaf etdirilməsi;
- Holdinqin data texnologiyası üzrə yol xəritəsini, o cümlədən tələblər, resurslar, vaxt, xərc, keyfiyyət, risklər və kommunikasiyaların hazırlanması və prosesi idarə edilməsi. Qrup daxilində şirkətlərin strateji məqsədlərinə uyğunluğunun təmin edilməsi;
- Tələblərin toplanması və onların texniki həllərə çevirmək üçün daxili və xarici maraqlı tərəflərlə əməkdaşlıq. Daxili və xarici texnologiya inkişaf qruplarına rəhbərlik etməklə, mərkəzi data platforması üçün data texnologiyaları və alətlərinin seçilməsi və tətbiq edilməsinin idarə edilməsi;
- Mərkəzi və şirkətlər daxilində olan data platforma komandalarına texnoloji qərarlar üzrə dəstəyin verilməsi. Yeni imkanların açılması üçün platforma daxilində Generativ AI (GenAI) potensialının araşdırılması və tətbiq edilməsi.Mərkəzi platformaya dəstək komandası üçün məsələlərin və tapşırıqların idarəsi və prioritetləşdirməklə mərkəzi data platformasının düzgün işləməsini təmin edilməsi. Platformada yığılan işləri prioritetləşdirmək üçün Qrup üzrə biznes və texnologiya sahəsində maraqlı tərəflər ilə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi;
- Holdinqin və strateji aktivlərin C səviyyəli rəhbərləri üçün data texnologiyaları üzrə etibarlı məsləhətçi kimi çıxış edilməsi. Qrup üzrə strateji olan, data və analitika təşəbbüslərinin layihələndirilməsinə və tətbiqinə rəhbərlik, eyni zamanda, PAŞA Qrupuna daxil olan müxtəlif şirkətlərdə data və analitik imkanların yaradılmasında iştirak edilməsi;
- PAŞA şirkətlərinin mərkəzi data platforması ilə inteqrasiyasının planlaşdırılması və prosesin idarə edilməsi. Üçüncü tərəflərlə əlaqələrini idarə edilməsi və üçüncü tərəf tərəfdaşlarının/həllərinin PAŞA data texnologiyası mühitinə inteqrasiyasına qərar verilməsinə texnoloji dəstək verilməsi;
- Data mühəndisləri, arxitektorlar və texniki liderlərdən ibarət komandanı idarə və mentorluq edilməsi.
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
- Data texnologiyası üzrə yüksək rəhbərlikdə və ya müvafiq liderlik rolunda zəngin təcrübə;
- Mürəkkəb texnoloji həlləri üçün məhsulun idarə olunması prosesinin rəhbərliyi ilə bağl uğurlu təcrübə;
- Data arxitekturası, data texnologiyaları və data mübadiləsi platformaları haqqında dərin təsəvvür;
- Agile metodologiyaları üzrə dərin bilik və Agile komandalarına rəhbərlik təcrübəsi;
- C səviyyəli rəhbərlər və digər yüksək səviyyəli rəhbərlərlə səmərəli işləmək bacarığı, maraqlı tərəflərin idarə edilməsi və ünsiyyət qurma üzrə bacarıqlar;
- Güclü problem həll etmək bacarığı və strateji təfəkkür;
- Müxtəlif texnologiya mütəxəssislərindən ibarət komandaya mentorluq etmək və onları inkişaf etdirmək bacarığı;
- Azərbaycan və/ya ingilis dillərində sərbəst danışıq qabiliyyəti tələb olunur; Rus dili biliyi arzuolunandır;
- Generativ AI (GenAI) texnologiyaları və onların tətbiqi ilə bağlı təcrübə məcburi deyil, ancaq üstünlükdür;
- Layihələrin və ya məhsulların idarə edilməsi üzrə sertifikatlar üstünlükdür;
- Bank, sığorta və ya pərakəndə biznes üzrə biliklər arzuolunandır.
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən keçid vasitəsi ilə müraciət etməsi xahiş olunur:
- Head of Data Technology - PASHA Holding (workable.com)
- CV-lər 30 noyabr 2024-ci il tarixinə qədər göndərilməlidir.
Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən tələblərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
OXŞar vakansİYALAR
İnformasiya Texnologiyaları İdarəsinin Məlumat bazasının idarə edilməsi şöbəsinin mütəxəssisi
Xalq Bank
Full Stack Developer
APEX Web solutions
Core PHP Junior Developer
Deirvlon Technologies
Back-end Chapter Lead (Ecosystem)
Kapital Bank
Senior QA Automation Engineer
Afea Group
Datacentre Specialist
PASHA Real Estate
Front-end Developer
Unibank ASC
Data Architect
PASHA Bank
iOS Developer
Bank Respublika ASC
Senior Data Analyst
Yelo Bank
PL/SQL üzrə Aparıcı/Baş mütəxəssis
ATB Bank
Android Developer
Unibank ASC
Java backend developer (junior/middle) (Ödəniş sistemlərinin inkişafı şöbəsi)
Unibank ASC
Front-end Developer
Apex LLC
Data Governance üzrə Baş Mütəxəssis
Yelo Bank
Devops mühəndisi
Kontakt Home
Elan № 21213
Müraciət linki
Müraciət linki
21 Noyabr
Elan tarixi
26 Dekabr
Bitmə tarixi
3371
Baxılıb
Elanın irəli çəkilməsi
Ödəniş etməklə sayt istifadəçi razılaşmasını və sayt qaydalarını qəbul etmiş olursunuz.