Hesab üzrə mütəxəssis (hüquqi şəxslərlə iş üzrə)

Hesab üzrə mütəxəssis (hüquqi şəxslərlə iş üzrə)

Bank Respublika ASC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Mühasibat

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    18 iyul 2021

  • Bitmə tarixi

    17 avqust 2021

Diqqət!

Bu elanın vaxtı bitib. Mühasib vakansiyaları üçün bura keçid edin!

“Bank Respublika” ASC “Hesab üzrə mütəxəssis (hüquqi şəxslərlə iş üzrə)” vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 29 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyur və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Müştərilərə bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək;
• Bankın hüquqi şəxs və fərdi sahibkar müştərilərinə xidmət etmək, o cümlədən müxtəlif müqavilələri, ərizə formaları, əmanət kitabçalarını rəsmiləşdirmək;
• Hüquqi şəxs müştərilərə cari hesablar açmaq, aparmaq və bağlamaq;
• Əmanət hesabları üzrə faizlərin və əmanətin ödənilməsini həyata keçirmək;
• Pul vəsaitlərinin nağdsız qaydada hesablara daxil edilməsi və silinməsini həyata keçirmək;
• Əmanət, bank kartları, bank metalları, pul köçürmələri və bank seyfi üzrə əməliyyatlar aparmaq;
• Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək;
• Müştərilərin hesabları üzrə çıxarışları hazırlamaq və təqdim etmək;
• Bank sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək;
• Potensial müştərilərin cəlb olunması ilə bağlı araşdırmaların həyata keçirilməsi.

Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
• Əlverişli iş mühitində çalışmaq imkanı.

Namizədə tələblər:

• Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarəedilməsi üzrə təhsil arzuolunandır);

• İş təcrübəsi: korporativ müştərilərə xidmət üzrə 2 illik iş təcrübəsi;

• Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (yaxşı), İngilis dili (arzuolunandır);

• MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;

• Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;

• Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;

• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;

• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30 iyul 2021-ci il tarixinədək emailin mövzu hissəsində Hesab üzrə mütəxəssis (hüquqi şəxslərlə iş üzrə) şəklində qeyd edərək HR@bankrespublika.az elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Elan #842593

  • 1508

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox