VƏZİFƏ TƏLİMATI
Qonaq qarşılayan (Hostess)
Vəzifələri:
- İş növbəsi başlamazdan on beş dəqiqə əvvəl işə gəlmək. Qonaq qarşılayan əsasən giriş qapısına yaxın olmalıdır.
- Şirkət standartına uyğun,səliqəli, yuyulmuş və ütülənmiş forma geyinmək və daha sonra işə başlamaq. Hər bir qonaq qarşılayanın üzərində şirkət standartlarına uyğun təyin edilmiş döş nişanı olmalıdır.
- Sifariş jurnalında olan məlumatları yoxlamaq və bron (öncədən sifariş) edilmiş sifarişlərin müddətini təyin etmək və zalda müvafiq dəyişikliklər etmək.
- Masaların düzülüşünə,təmizliyinə və menyuların yerində olmasına nəzarət etmək.
- Qonaqları gülərüzlə qarşılamaq və salamlamaq, onları bron edilmiş masaya yola salmaq. Əgər bron edilməyibsə, boş olan masaları təklif etmək və müştərilərə əyləşməyə köməklik göstərmək.
- Müştəri məmnuniyyətini ölçmək məqsədi ilə müştərilərə yaxınlaşaraq elektron sorğuları doldurmaq.
- Zalda olan ümumi vəziyyətə nəzarət etmək.
- Pik, bütün masaların dolu vaxtlarında ofisiant çatışmazlığı zamanlarında ofisiantlara köməklik göstərmək.
- Qonaqlar ilə və ya zalda yaranan problemləri öz səlahiyyətləri çərçivəsində həll etmək.
- Səlahiyyətləri aşan problemlər və digər hallarda öz menecerinə vaxtında dəqiq və düzgün məlumat vermək.
- Daxil olan zənglərə cavab verərək (3 zəngdən gec olmamaq şərtilə), bron jurnalında qeydlər aparmaq və hər zaman jurnalın təmiz və səliqəli olmasına diqqət etmək. Bronları dəqiq və düzgün şəkildə aparmaq.
- Menyu haqqında məlumatlı olmaq, ofisiantların zalda yerləşdirilmə pozisiyalarını bilmək.
- Masaların nömrələri və yerləşməsini bilmək.
- Sosial şəbəkələrdə reklam üçün çəkilişlərdə Marketinq şöbəsini dəstəkləmək.
- İşlədiyi restoranın və şirkətin imicini qorumalıdır. İşinə vicdanla və diqqətlə yanaşmalı, şirkətin maraqlarını şəxsi maraqlarından üstün tutmalıdır.
- Hazırkı sənəddə qeyd olunmamış digər tələb olunan zəruri işlərin icra edilməsi.
Bilməlidir:
- Elektron sorğu sistemini bilmək.
- Restoran rəhbərliyinin gündəlik tapşırıqlarını və maksimum iş yükü qabiliyyətini bilmək.
- Menyular və masalar haqqında dəqiq məlumata sahib olmaq.
- Qonaqların narazılığını dərhal həll etmək və menecerə məlumat vermək.
- Telefonlara standartlara uyğun cavab vermək və rezervasiyaları etmək.
- Hər hansı bir fövqəladə vəziyyətdə və ya təhlükəsizlik vəziyyətində düzgün davranışı bilmək.
- İşgüzar ünsiyyət etikası.
Məsuliyyəti:
- Məxfi informasiyanın və şirkət sirlərinin saxlanmasına görə məsuliyyət daşıyır.
- Bu “Vəzifə təlimatı” ilə müəyyənləşdirilmiş vəzifələrin icra edilməsinə, müəssisəni ndirektorunun əmr və sərəncamalarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə görə məsuliyyət daşıyır.
- Təhvil–təslim aktı və ya maddi məsuliyyət müqaviləsi ilə ona təqdim olunmuş inventara görə məsuliyyət daşıyır.
- Əmək intizamına və müəssisə daxili intizam qaydalarına əməl etmək.
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına əməl olunmasına və bu təlimatda nəzərdə tutulmuş digər əmək funksiyalarının yerinə yetirilməsinə məsuliyyət daşıyır.
Vəzifə tələbləri
- Təhsil: Orta və ya orta ixtisas
- İş stajı: Ən azı 1-3 il
- Dil biliyi: Azərbaycan (Səviyyə - Əla)
- Digər tələblər: Xarici dil bilmək mütləqdir.