HR / İnsan resursları Müdiri

HR / İnsan resursları Müdiri

Azəriş LTD
  • Şəhər

    Bakı

  • Kateqoriya

    İnsan resursları

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    21 oktyabr 2024

  • Bitmə tarixi

    25 noyabr 2024

Diqqət!

Bu elanın vaxtı bitib. HR / İnsan resursları Mütəxəssisi vakansiyaları üçün bura keçid edin!

 

İş barədə:

  • İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, insan qaynaqlarının seçilməsi və yerləşdirilməsi üzrə işin təşkili;
  • Oriyentasiya planının hazırlanması, plana uyğun olaraq yeni işçinin oriyentasiya olunması, sınaq müddətində izlənməsi işinin təşkili;
  • Mükafatlandırma və motivasiya sisteminin qurulması və tətbiq olunması;
  • Əmək fəaliyyətin qiymətləndirilməsi sisteminin qurulması və həyata keçirilməsi;
  • Vəzifələr üzrə kateqoriyaların və səriştəlilik tələblərinin müəyyən olunması;
  • Əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və bu istiqamətdə yeni təkliflərin irəli sürülməsi;
  • Əmək fəaliyyətin qiymətləndirilməsi nəticələrinə əsasən əməkdaşların təlim ehtiyaclarının müəyyən olunması, təlim planının işlənib hazırlanması, rəhbərliyin təsdiqindən sonra planın yerinə yetirilməsinin təmin ediməsi;
  • İşçi axınının səbəblərinin araşdırılması və aradan qaldırılması üçün tədbirlər planını işləyib hazırlanması və həyata keçirilməsi.
  • İşçinin işə götürülməsi, attestasiyadan keçirilməsi, vəzifəsinin dəyişdirilməsi və işdən çıxması ilə əlaqədar lazımi işləri həyata keçirmək və sənədləşmə işlərini görmək;
  • Yeni işə qəbul olunmuş işçilər üçün əmək müqavilələrinin tərtib olunaraq imzalatmaq və elektron (dövlət) qeydiyyatını aparmaq;
  • İşdən azad olunan işçilərin sənədlərini qanunvericiliyin tələblərinə uyğun olaraq hazırlamaq və elektron (dövlət) qeydiyyatını aparmaq;
  • İnzibatçıların attestasiyadan və lazımi testləşmədən keçirilməsi üçün zəruri sənədləri hazırlamaq və vaxtında dövlət orqanına təqdim etmək;
  • Şirkət üzrə bütün növ əmrlərin yazılması (işə qəbul, işdən azad, ezamiyyə, məzuniyyət, mükafatlandırılma, intizam tənbehi və s.,) 
  • İşçilərin illik əmək məzuniyyətlərinin qrafikinə nəzarət edilməsi;
  • Analıq məzuniyyəti və sosial ödənişlər üçün lazımi sənədləri hazırlamaq;
  • Əmək kitabçalarına qeydiyyatların aparılması; 

 

Tələblər:

  • Ali təhsil
  • Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır)
  • İnsan resursları sahəsində təcrübə minimum 3 il
  • İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması
  • İşə qəbul prosesinin əsas qaydalarını bilməli

 

İş şəraiti:

  • ARƏM uyğun işə qəbul
  • Korporativ nömrə və danışıq limiti
  • Nahar şirkət tərəfindən verilir

 

İş barədə məlumat:

  • İş vaxtı: 09:00 - 18:00
  • iş qrafiki: 5/2

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox