HR / İnsan resursları Mütəxəssisi

HR / İnsan resursları Mütəxəssisi

Karaca
  • Şəhər

    Bakı

  • Kateqoriya

    İnsan resursları

  • Maaş

    1500 - 2500 AZN

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    09 oktyabr 2024

  • Bitmə tarixi

    13 noyabr 2024

Diqqət!

Bu elanın vaxtı bitib. HR / İnsan resursları Mütəxəssisi vakansiyaları üçün bura keçid edin!

 

İş barədə məlumat:

  • İşçi ehtiyaclarının müəyyənləşdirilməsi və yeni vakansiyalar üzrə işçi axtarışı, seçimi və yerləşdirilməsi;
  • İşə qəbul və oriyentasiya planlarının hazırlanması və həyata keçirilməsi, yeni işçilərin izlənməsi;
  • Yeni işçilərə şirkətin prosedur qaydaları, vəzifə öhdəlikləri və struktur haqqında təlimatların verilməsi;
  • İşçi axınının səbəblərinin araşdırılması və qarşısının alınması üçün tədbirlər planının hazırlanması və tətbiqi;
  • Kadr bazasının idarə edilməsi, işçilərlə bağlı hesabatların hazırlanması, şəxsi işlərin tərtib edilməsi;
  • Kadr əmrlərinin və sənədləşmə işlərinin qanunvericiliyə uyğun tərtib edilməsinə nəzarət;
  • Daxili intizam qaydalarına riayət olunmasına nəzarət;

 

İş şərtləri:

  • Həftə içi 5 iş günü (10:00-dan 18:00-dək);
  • Şənbə günü (10:00-dan 14:00-dək);
  • Nahar yeməyi şirkət tərəfindən təmin edilir;
  • Əmək haqqı təcrübəyə əsasən müsahibə zamanı müəyyən olunacaq.

 

Namizədə tələblər:

  • Ali təhsil (Menecment və ya İqtisadi sahələr üzrə təhsil üstünlükdür);
  • İnsan resursları sahəsində minimum 5 il təcrübə;
  • İnsan resurslarının idarə edilməsi funksiyaları və prosedurları haqqında biliklər;
  • İşə qəbul prosesinin əsas qaydalarını bilmə;
  • İngilis və Rus dilləri üstünlükdür.

Müraciət: Göstərilən tələblərə uyğun namizədlər CV-lərini elektron ünvana göndərməlidir. Mövzu hissəsində "İnsan resurslarının idarə edilməsi" qeyd olunmalıdır.

 

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox