HR / İnsan resursları Mütəxəssisi

HR / İnsan resursları Mütəxəssisi

"MY GROUP HOLDİNG" MMC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    İnsan resursları

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    25 fevral 2025

  • Bitmə tarixi

    01 aprel 2025

 

Vəzifələr və məsuliyyətlər:

  •   A.R. Əmək Qanunvericiliyinə əsasən yeni işçilərin sənədlərinin qəbulu, əmək müqaviləsinin bağlanması, dəyişikliklər edilməsi, xitam verilməsi, vəzifə dəyişikliyi, mükafatlandırılması, ezamiyyətə göndərilməsi və sair ilə bağlı sənədlərin rəsmiləşdirilməsi, habelə Əmək Müqaviləsi bildirişlərinin ƏMAS altsisteminə daxil edilməsi, müvafiq sənədləşmənin icra edilməsi və ƏMAS-la bağlı digər əməliyyatların vaxtında yerinə yetirilməsi;
  • Qanunvericiliyin tələblərinə uyğun bütün növ əmrlərin hazırlanması, təsdiqlənməsi və onların qeydiyyatının aparılması;
  • İşçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparılması və məzuniyyətdən vaxtında, tərtib edilmiş qrafik üzrə istifadə edilməsinə nəzarət;
  • İşçilərin şəxsi işlərini formalaşdırmaq və dəyişikliklərin müntəzəm qeydiyyatının aparılması;
  • İşdən azad olunan işçinin son haqq-hesabı (iş günü, məzuniyyət və s.) barədə məlumatları maliyyə şöbəsinə təqdim etmək;
  • Aylıq iş vaxtının uçot tabellərin hazırlanması.

 

Tələb edilən bacarıqlar və təhsil:

  • Ali təhsil (İnsan Resursları sahəsində olması üstünlükdür);
  • İR sahəsində minimum 1-3 il iş təcrübəsi;
  • ƏMAS sistemi - peşəkar iş təcrübəsi mütləqdir, elektron hökümət portalları ilə (e-gov; e-sosial; İSB) işləmə bacarığı;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi və digər aidiyyəti qanunvericilik aktları haqqında biliklər;
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl, ingilis və rus dili biliyi üstünlükdür;
  • Microsoft Office proqramları ilə işləmə bacarığı, 1C üstünlükdür;
  • Effektiv ünsiyyət qurmaq, əməkdaşlarla və rəhbərliklə əlaqələri düzgün idarə etmək;
  • İşlərin prioritetləşdirilməsi və verilən tapşırıqların vaxtında icrası;
  • İşçilərin şəxsi məlumatlarını qorumaq və məxfi informasiyalarla düzgün davranmaq.
  • Əmək haqqı:   Əmək haqqı namizədin bilik və bacarığına əsasən müəyyən ediləcək;
  • İş qrafiki:        I-V günlər (09:00-18:00); İstirahət günləri: şənbə və bazar;
  • İş yeri:            H.Əliyev pr.152, Çinar Plaza.

 

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox