Hüquq departamentinin Metodologiya şöbəsinin mütəxəssisi

Hüquq departamentinin Metodologiya şöbəsinin mütəxəssisi

Kapital Bank
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Hüquqşünas

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    21 may 2024

  • Bitmə tarixi

    30 iyun 2024

Diqqət!

Bu elanın vaxtı bitib. Hüquqşünas vakansiyaları üçün bura keçid edin!

Bizimlə Işləməyin Üstünlükləri

  • Biz müştərilərimizə dəyər veririk və onların ehtiyaclarına, vərdişlərinə və gözləntilərinə diqqət yetiririk.
  • Rəqabətli əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.
  • Artım imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları təklif edirik.
  • Çevik iş formatı: məsafədən və ofis işinin kombinasiyası.
  • Rahat və gözəl ofis: xoş və maraqlı ofisimiz var.
  • Qeyri-rəsmi geyim: rahat geyinin və fərdi üslubunuzu ifadə edin.

Öhdəliklər

  • Bankdaxili sənədlərin (strategiya, siyasət, qayda, təlimat, prosedur, blok sxem və s.) metodoloji baxımdan hazırlanmasını, eləcə də mövcud sənədlərə düzəlişlərin edilməsini həyata keçirir və ya digər struktur bölmələr tərəfindən hazırlanmış sənəd layihələrinə metodoloji baxımdan rəy verir;
  • Bankdaxili qayda, prosedur, əsasnamə və siyasətlərin reyestrini aparır;
  • Bankın biznes prosesləri üzrə kataloqunun (BPU) hazırlanması və daim yenilənməsini koordinasiya edir, Bankın biznes proseslərini nəzərdən keçirir, onlara dəyişikliklər və onların təkmilləşdirilməsi ilə bağlı təkliflər verir, habelə Bankın biznes proseslərinə digər struktur bölmələr tərəfindən təklif edilən dəyişikliklərlə bağlı rəy verir;
  • Mövcud Bankdaxili sənədlərlə tanış olur, zəruri hallarda düzəliş və əlavələrin edilməsi barədə təkliflər verir;
  • Görülmuş işlərin və rəhbərliyin verdiyi tapşırıqların uçotunu aparır;
  • Əmək müqaviləsi və departamentin Əsasnaməsinə əsasən başqa funksiyaları icra edir;
  • Birbaşa rəhbəri, departament direktoru və ya rəhbərlik tərəfindən verilən və ya qəbul edilmiş bankdaxili qərarlardan və şöbənin fəaliyyətinə dair bankdaxili sənədlərdən irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.

Tələblər

  • Təhsil pilləsi: Bakalavr dərəcəsi tələb olunur.
  • İş təcrübəsi: Bank,maliyyə və ya biznes proseslər sahəsi üzrə 1 il təcrübə.
  • Dil bacarıqları: Azərbaycan dilini mükəmməl səviyyədə bilmək və kommunikasiya qurmaq bacarığı,rus dili biliyi isə arzuolunandır.
  • Texniki səriştələr: MS Office proqramları ilə iş bacarığı tələb olunur (Word,Excel,Power Point,Outlook,Visio)
  • Digər səriştələr: Qanunvericilik və Mərkəzi Bankın normativ sənədlərinin tələbləri haqqında məlumatlı və detallara qarşı diqqətli olmaq.

Elan #853737

  • 1786

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox