- Fəaliyyət göstərdiyi bütün istiqamətlər üzrə yüksək keyfiyyətli və peşəkar hüquqi yardımın göstərilməsi;
- Yeni layihələrin qanunvericilik və prudensial tələblər baxımından dərin analizi və bankın fəaliyyətinə maneə olan halların qanun çərçivəsində dərhal aradan qaldırılması;
- Müxtəlif bank xidmətlərinin təqdim edilməsi ilə əlaqədar daxil olan sorğuların hüquqi təhlilinin aparılması və cavablandırılması;
- Bankın hüquq və maraqlarını tam qoruyan müqavilələrin və digər aidiyyati hüquqi sənədlərin hazırlanması;
- Bank fəaliyyətinə aid normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər layihəsinin hazırlanması;
- Bankın xarici vətəndaş olan işçilərinə iş icazələrinin alınması ilə əlaqədar hüquqi dəstəyin göstərilməsi;
- Bankın daxili qayda, siyasət və prosedurlarının hazırlanmasında, yenilənməsində və təkmilləşdirilməsində dəstəyin göstərilməsi;
- Bank inzibatçılarının və digər əməkdaşların müvafiq attestasiyadan keçmələri üçün tələb olunan sənədlərin toplanılması üzrə dəstəyin göstərilməsi;
- Bankın Azərbaycan Respublikasında və xaricdə yerləşən törəmə, nümayəndəlik, filial və şöbələrinin qeydiyyatı, müvafiq lisenziyaların alınması və fəaliyyəti üçün lazımi sənədlərin toplanmasına dəstəyin göstərilməsi;
- Əmək qanunvericiliyinin tətbiqi ilə əlaqəli hüquqi yardım göstərilməsi.
Namizədə tələblər:TƏHSİL
Hüquq ixtisası üzrə Bakalavr təhsili
İŞ TƏCRÜBƏSİ
Hüquq mütəxəssisi üçün 3 il, kiçik hüquq mütəxəssisi üçün 1 il
XARİCİ DİL
İngilis
KOMPÜTER BİLİKLƏRİ
Microsoft Office
DİGƏR
Güclü ünsiyyət bacarıqları
Rus dili biliyi - üstünlük verilir
Müraciət üçün: https://careers.pashabank.az/az/vakansiyalar/53