Hüquqi Məsələlər şöbəsinin Məhkəmə işləri istiqaməti üzrə Mütəxəssis

Hüquqi Məsələlər şöbəsinin Məhkəmə işləri istiqaməti üzrə Mütəxəssis

PASHA Bank
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Hüquqşünas

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    24 sentyabr 2024

  • Bitmə tarixi

    29 oktyabr 2024

Diqqət!

Bu elanın vaxtı bitib. Hüquqşünas vakansiyaları üçün bura keçid edin!

 

Təsvir:

İşiniz nədən ibarətdir?

 

  • İddia ərizələrinin, apelyasiya və kassasiya şikayətlərinin, icra qeydlərinin, vəsatətlərin hazırlanması;
  • Bankın maraq və mənafelərinin məhkəmədə ən yaxşı şəkildə qorunması;
  • Bankın mediasiya proseslərində iştirakının təmin olunması və maraqlarının ən yaxşı şəkildə qorunması;
  • İcra prosesində bankın təmsil olunması və məhkəmə qərarlarının icrasının təmin edilməsi üçün bütün zəruri addımların atılması;
  • Dövlət orqanları və digər qurumlarla münasibətdə Bankı təmsil etmək, tələb edilən hərəkətin edilməsi ilə bağlı Bankın maraqlarının ən yaxşı şəkildə qorunması;
  • Bankın məhsullarının hüquqi ekspertizası;
  • Bankın fəaliyyətinin təmin edilməsi ilə əlaqədar hüquqi rəylərin verilməsi;
  • Şöbəyə daxil olan müxtəlif müraciət və sorğuların cavablandırılması;
  • Bankın struktur bölmələrinin fəaliyyəti ilə əlaqədar yaranan hüquqi problemlərin yerində və operativ araşdırılması;
  • Bankın fəaliyyəti ilə əlaqədar yaranan hüquqi məsələlər üzrə Bankın əməkdaşlarlarının təlimatlandırılması;
  • Müxtəlif müqavilə, saziş və digər əqdlərin hazırlanması;
  • Əmək münasibətləri sahəsində Bankın fəaliyyəti ilə bağlı zəruri hüquqi dəstəyin göstərilməsi.

 

Tələblər:

 

  • Təhsil: Hüquq ixtisası üzrə bakalavr dərəcəsi
  • Tələb olunan iş təcrübəsi: Hüquq mütəxəssisi üçün ən azı 3 il peşəkar hüquqşünas təcrübəsi
  • Xarici dillər: Azərbaycan dili (mükəmməl), Rus və İngilis dilləri (arzuolunan)
  • Kompüter bilikləri: Microsoft Office
  • Məhsul üzrə biliklər: Korporativ hüquq sahəsinin və qanunvericiliyinin biliyi
  •  Digər biliklər: Güclü ünsiyyət və komandada işləmək bacarıqları, Planlaşdırma və təşkilatçılıq bacarıqları, tapşırıqların son icra tarixini ötürməməklə yerinə yetirmək bacarığı; Problemlərin əsas səbəbini təyin etmək üçün kritik düşüncə bacarığı; Qərarları dəqiq vermək bacarığı; Tədqiqat, araşdırma və analitik bacarıqlar

 

 

Elan #855809

  • 1711

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox