İş haqqında
Görəcəyiniz Işlər:
- Şöbənin fəaliyyət istiqamətləri üzrə hüquqi məsələlərə dair hüquqi araşdırma aparmaq və hüquqi rəylər hazırlamaq;
- Bank fəaliyyətinin inkişafı və səmərəli təşkili məqsədilə yaradılan yeni məhsulların (xidmətlərin) və layihələrin hüquqi ekspertizasını həyata keçirmək;
- Şöbənin fəaliyyəti, o cümlədən korporativ hüquqi məsələlər üzrə sənədlərin layihələrini hazırlamaq, bütün zəruri işləri görmək;
- Bankların fəaliyyəti ilə bağlı qanunvericilikdə olan yeniliklərin və dəyişikliklərin monitorinqini aparmaq;
- Öz fəaliyyəti ilə şöbənin işinin təkmilləşdirilməsinə dəstək göstərmək;
- Bankın fəaliyyətinə dair struktur bölmələrdən daxil olan, o cümlədən bank əməliyyatlarının həyata keçirilməsinə dair hüquqi araşdırma tələb edən sorğularla bağlı hüquqi rəylər vermək.
Uyğun Namizədə tələblər:
- Ali hüquq təhsilli;
- İş təcrübəsi 1 ilədək;
- Analitik düşünmə və təhlil qabiliyyəti olan;
- Dil bilikləri: Azərbaycan dili - əla, İngilis dili – orta, Rus dili – orta;
- MS Office (əsasən MS Word və MS PowerPoint) proqramlarında sərbəst işləmək bacarığına sahib olan şəxsdir.