Hüquqşünas

Hüquqşünas

Azerlotereya
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Hüquqşünas

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    11 avqust 2021

  • Bitmə tarixi

    10 sentyabr 2021

Diqqət!

Bu elanın vaxtı bitib. Hüquqşünas vakansiyaları üçün bura keçid edin!

Vəzifənin adı: Hüquqşünas

Qısa xülasə: Təşkilata qanuni hüquqlar, öhdəliklər, imtiyazlar, məhkəmə işinə başlamağın və ya müdafiə etməyin müsbət və mənfi cəhətləri barədə məlumat verir. Müxtəlif biznes əməliyyatlarında şirkətin agenti qismində çıxış edir və müştərilərinə bahalı məhkəmə çəkişmələrindən uzaq olmaqda kömək etməyə çalışır.

Hesabat verir: Maliyyə departamentinin rəhbərinə

Əsas öhdəliklər:

• Dövlət qanunlarına və şirkət siyasətlərinə riayət etdiyinə əmin olmaq üçün müqavilə şərtlərini nəzərdən keçirmək;
• Rəhbərliyə və rəhbər işçilərə müqavilə şərtlərini şərh etməkdə kömək etmək;
• Müqavilənin məlumat bazasını saxlamaq və idarə etmək;
• Şirkətlə və onun adından yazışma aparmaq;
• Şirkətin ehtiyaclarına uyğun olaraq hüquqi sənədləri hazırlamaq;
• Məhkəmələrdə şirkətin maraqlarını qorumaq;
• Dəyişən qanunvericilikdən xəbərdar olmaq;
• Aydın və şəffaf hüquqi hesabatları hazırlamaq;
• Hüquqi məsələlər üzrə bütün Departamentlərə köməklik göstərmək;
• Yeni məhsul və xidmətlərlə bağlı hüquqi məsələləri araşdırmaq. Yeni məhsullar üçün icazə almaq məqsədilə lazımi məlumat və sənədləri hazırlayıb tənzimləyici qurumlara təqdim etmək;
• Şirkət adından sövdələşmələr aparmaq;
• Hüquqi prosedurlara riayət olunmasını təmin etmək üçün tənzimləmə və uyğunluq məsələləri üzrə rəhbərliyi istiqamətləndirmək;
• Bütün müqavilələri hazırlamaq və sövdələşmələri mütəşəkkil qaydada tənzimləmək;
• Təşkilatı hər hansı hüquqi riskdən qorumaq üçün konkret son məqsədi olan zəruri ehtiyat tədbirlərini və tədbirləri yerinə yetirmək;
• Şirkətlə əlaqəli bütün məsələlərdə məxfiliyi son dərəcə təmin etmək;

Namizədə tələblər:

• Hüquq üzrə bakalavr və ya magistr dərəcəsi (Beynəlxalq hüquqa üstünlük verilir)
• Bu vəzifə, korporativ vəkil, korporativ hüquqşünas, hüquq məsləhətçisi və ya oxşar vəzifələr daxil olmaqla Hüquq sahəsində minimum 3 illik ümumi iş təcrübəsi tələb edir.
• Dövləti idarə edən bütün korporativ qanunlar (qiymətli kağızlar haqqında qanun, lisenziyalaşdırma, vergi qanunvericiliyi, mühasibatlıq, Əmək qanunvericiliyi və s.) barədə mükəmməl bilgi və bu qanunvericiliklə bağlı məsələlərin həllində təcrübə
• İngilis, Rus və Azərbaycan dillərini mükəmməl bilmək
• Telekom, İT ilə bağlı təcrübəyə son dərəcə üstünlük verilir
• Yaxşı şifahi və yazılı ünsiyyət bacarıqları
• Yaxşı təhlil və idarəetmə qabiliyyətinə malik olmaq, məqsədyönlü olmaq
• Detallara diqqət yetirmək
• Tənqidi düşüncəyə və problemi həlletmə bacarığına malik olmaq
• Güclü danışıq aparmaq bacarığı
• Fərdi və ya komandada işləmək bacarığı
• Maraqlı tərəfləri mükəmməl şəkildə idarə etmək bacarığı

Maraqlanan şəxslərin öz CV-lərini mövzu (subject) hissəsində "Hüquqşünas" yazmaqla hr@azerlotereya.com e-poçt ünvanına göndərmələri xahiş olunur.

Elan #842808

  • 16934

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox