Hüquqşünas

Hüquqşünas

Push30 MMC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Hüquqşünas

  • Maaş

    800 - 1200 AZN

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    12 fevral 2022

  • Bitmə tarixi

    14 mart 2022

Diqqət!

Bu elanın vaxtı bitib. Hüquqşünas vakansiyaları üçün bura keçid edin!

Push30 sağlamlıq və fitnes sahəsində korporativ fayda təminatçısıdır. Biz korporasiyalara idman mərkəzləri şəbəkəmizi təklif edirik. Bundan əlavə, müştərilərimiz üçün turnirlər və tədbirlər təşkil edirik. Mobil tətbiqimizdə müştərilərimiz 60+ fitness studiyasını seçə və videolarımızdan faydalana bilirlər.

Push30-da bizə qoşulmaq üçün Hüquqşünas vəzifəsinə namizədlər axtarırıq!

Karyeranızı dinamik bir start-up da qurmaqda maraqlısınızsa, Push30 sizin üçündür!

Namizədə tələblər:

Vəzifə öhdəlikləri:

  • Yerli və beynəlxalq Müqavilələrin hüquqi ekspertizasını həyata keçimək və rəy vermək;
  • Standart müqavilə formalarının hazırlanmasında iştirak etmək;
  • Daxil olmuş sorğulara rəy və izahatlar vermək;
  • Təşkilat daxilində qanunvericiliyin və korporativ aktları göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
  • Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarət etmək;
  • Korporativ hüquq fəaliyyət ilə bağlı olan təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq, aidiyyəti struktur bölmələrlə razılaşdırmaq;
  • Təlimat, Qayda və Prosedurların ekspertizasını həyata keçirmək və rəy vermək;
  • Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata keçirmək, onların müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin etmək;
  • Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxmaq, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər vermək;
  • Vəzifəsindən irəli gələn digər tapşırıqları icra etmək.

Vəzifəyə dair tələblər:

  • Hüquq üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi arzuolunandır)
  • Hüquq sahəsi üzrə azı 2 il iş təcrübəsinə və yaxud yüksək təhsil göstəricilərinə malik olmaq;
  • Microsoft və ofis proqramlarını bilmək;
  • Dil biliyi (İngilis dili məcburi)
  • Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.

İş şəraiti:

  • Həftənin 5 günü, saat 09:00-dan 18:00-a kimi
  • Port Baku Residence yaxınlığında ofis (Üzeyir Hacıbəyov küç 57)
  • Sürətli iş mühiti
  • Gənc komanda

Əgər tələblərimizə cavab verirsinizsə və bu vəzifə ilə maraqlanırsınızsa, CV-nizi farhan.aliyev@p30.az ünvanına göndərin.

Elan #844225

  • 1441

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox