“Alliance Hüquq Mərkəzi” korporativ və kommersiya hüququ sahəsində ixtisaslaşmış və peşəkar vərdişlərini artırmaqda maraqlı, komandada işləmək bacarığı olan şəxslər üçün “Hüquqşünas” vakansiyasını elan edir.
İşçinin əmək funksiyaları:
- Hüquqi məsələlər üzrə məsləhətlərin verilməsi, Müqavilə, ərizə, qərar, protokol və digər hüquqi sənədlərin hazırlanması və təqdim olunan sənədlərə dair hüquqi rəyin verilməsi.
- Hüquqi şəxsin təsis sənədlərinin hazırlanması, hüquqi şəxslərin, filal və nümyəndəliklərin qeydiyyatı.
- İşgüzar görüşlər, tədbirlərdə, həmçinin xarici işgüzar səfərlərdə “şirkətin” təmsil olunması;
- Müxtəlif növ müqavilələrin tərtib edilməsi və təqdim olunan müqavilələrə dair hüquqi rəyin verilməsi;
- Dövri hesabatların hazırlanması və təqdim edilməsi.
- İş barədə məlumat:
- -İş qrafiki 5 günlük 09:00-dan 18:00-dək;
- -Əmək haqqı 1000-1500 AZN
- İş yeri: Nərimanov rayonu Həsənoğlu küçəsi-4
- Tələblərə uyğun gələn namizədlər öz CV-lərini mövzu hissəsində “Hüquqşünas” qeyd etməklə hr.specialist@alc.az ünvanına göndərə bilərlər.
- Namizədlərin məsuliyyətli olmağı və yalnız yuxarıda qeyd edilən tələblərə cavab verdiyi halda müraciət etmələri rica olunur.
Namizədə tələblər:Tələblər:
- Hüquqşunaslıq ixtisası üzrə ali təhsil.
- Korporativ və kommersiya hüququ sahəsində minimum 2 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan və İngilis dili bilikləri yüksək səviyyədə olmalı (Rus dili biliyi yaxşı səviyyədə olan namizədlərə üstünlük verilir)
- Namizəd, yaxşı ünsiyyət qurma və araşdırma aparma qabiliyyətinə malik olmalı, işində məsuliyyətli və intizamlı olmalıdır.
- Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı;
- MS Excel, MS Word və Outlook Express proqramlarından sərbəst istifadə edə bilmə bacarığı.
- Yaş həddi 25-35
- Kişi namizədlərə üstünlük veriləcəkdir.