İcra işləri üzrə baş mütəxəssis/ baş hüquqşünas

İcra işləri üzrə baş mütəxəssis/ baş hüquqşünas

BOA Agency
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Digər

  • Maaş

    900 - 1000 AZN

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    28 iyun 2024

  • Bitmə tarixi

    07 avqust 2024

Diqqət!

Bu elanın vaxtı bitib. Hüquqşünas vakansiyaları üçün bura keçid edin!

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa can atan, ən əsası isə “Boa Agency” komandasının bir üzvü olmaq istəyən namizədlər müraciət edə bilərlər.

Boa Agency - İcra işləri üzrə baş mütəxəssis/ baş hüquqşünas

Vəzifə öhdəlikləri:

  • Hüquqi məsələlərin həlli
  • Problemli borclar üzrə yığımın təşkili və yığım prosesinin davamlılığının təmin edilməsi
  • Məhkəmə qərarlarının icra edilməsinə nəzarət və dəstəyin verilməsi
  • İcra mərhələsində ərizələrin aidiyyəti üzrə təqdim edilməsi və müraciətin icra edilməsinin təmin edilməsi
  • Qərarların icrasının təmin edilməsi üzrə işlər görülməsi, icra məmurları ilə mütəmadi olaraq əlaqə saxlanılması, icraatda olan işlərin cari vəziyyəti ilə əlaqədar məlumatların alınması, icra hərəkətlərinin aparılmasının təmin edilməsi
  • Borclulara qarşı ödəniş məqsədi ilə məcburi icra tədbirlərinin görülməsinin təmin edilməsi, borcluların əmək haqqına yönəldilməsi, borclularla ödənişin təmin edilməsi üçün müvafiq danışıqların aparılması
  • İcra işləri şöbəsinin rəhbəri tərəfindən həmçinin PKİD (problemli kreditlərin idarə edilməsi departamentinin) rəhbəri tərəfindən tapşırılmış vəzifələrin yerinə yetirilməsi həmçinin qoyulmuş hədəflərə çatmaq, təşkilatın qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq.

Vakant vəzifə üzrə tələblər:

  • Ali təhsil (hüquq təhsili və ya icra şöbəsində 3 ildən artıq iş təcrübəsi)
  • Müvafiq iş sahəsində 3-4 il iş təcrübəsi olmalı və məhkəmə qərarlarının icrası sahəsində və ya icra şöbələrində 3 il iş təcrübəsi olmalı
  • AR İcra haqqında qanunu bilməli
  • Ofis proqramlarında işləmə bacarığı (Word, Excel və.s)
  • Kollektivdə işləmə qabiliyyəti olmalı
  • Şirkətdaxili nizam-intizam qaydalarına riayət etməli
  • Rayonlar üzrə ezamiyyələrə getməyə hazır olmalı
  • Azərbaycan dilində səlis danışıq bacarığı (rus dili arzuolunandır)

İş şəraiti:

  • Əmək haqqı: 1000 azn (+bonus sistemi)
  • İş qrafiki: həftə içi 5 gün, 09:00-18:00 (Bazar ertəsi - Cümə)
  • Şənbə və bazar istirahət
  • Nahar fasiləsi: 13:00–14:00

Sizə nə təklif edirik?

  • AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə
  • Rahat ofis və əlverişli iş mühitində çalışma imkanı
  • Əmək haqqına mükafat və əlavə bonuslar
  • Korporativ nömrəylə təmin edilmə
  • Rəsmi dövlət bayramları və xüsusi günlərdə istirahət
  • Karyera və inkişaf perspektivləri.

Elan #854359

  • 1315

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox