İnformasiya Təhlükəsizliyi üzrə Aparıcı Mütəxəssis

İnformasiya Təhlükəsizliyi üzrə Aparıcı Mütəxəssis

Azerconnect LLC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    İT mütəxəssisi / məsləhətçi

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    12 avqust 2021

  • Bitmə tarixi

    11 sentyabr 2021

Diqqət!

Bu elanın vaxtı bitib. İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

İnformasiya Təhlükəsizliyi üzrə Aparıcı Mütəxəssis

Şirkət : Azerconnect
Funksiya : Daxili və İnformasiya Təhlükəsizliyi İdarəsi
İş qrafiki : Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
Son müraciət tarixi : 15 Sentyabr 2021
Müqavilə müddəti : Daimi

Azerconnect İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində korporativ müştərilərin ehtiyaclarına uyğun xidmətlər və optimal həllər təqdim edən B2B (Business to Business - Biznesdən biznesə) şirkətdir.

Komandamıza qoşulmaqla siz rəqabətli, yenilikçi və həvəsləndirici korporativ mühitdə yerli və xarici peşəkarlarla çalışmaq, telekommunikasiya sahəsində təcrübə və səriştə qazanmaq, karyerada irəliləmə və inkişaf etmək imkanı əldə edəcəksiniz.

İnformasiya Təhlükəsizliyi üzrə Aparıcı Mütəxəssis Şirkətdəki məlumat sistemlərinin təhlükəsizliyinin təmin edilməsi üçün əsas vasitəçi rolunu oynayır.

Həmçinin İnformasiya Təhlükəsizliyi üzrə Aparıcı Mütəxəssis informasiya sistemlərinin təhlükəsizlik planlarını biznes, strateji və əməliyyat planları ilə birləşdirmək səylərini əlaqələndirir.

Bu vəzifənin məqsədi davamlı şəbəkə monitorinqi, nəzarət parametrlərinin sınaqdan keçirilməsi və qrup üzvlərini ənənəvi və yeni yaranan təhdidlərlə yanaşı ən yaxşı təcrübələr barədə maarifləndirmə yolu ilə Şirkət üçün şəbəkə təhlükəsizliyinin qorunmasına kömək etməkdir.

İnformasiya Təhlükəsizliyi üzrə Aparıcı Mütəxəssis olaraq sizin vəzifə öhdəlikləriniz:

* Şirkət məlumatlarının və şəbəkə vəsaitlərinin qorunması üçün müvafiq hüquqi tələblərə uyğun olaraq lazımi tədbir və prosedurları tədbiq etmək;
* Layihələrin planlaması, nəzarəti və icrası zamanı İnformasiya Təhlükəsizliyinin nəzərə alınması;
* Yerli və beynəlxalq tənzimləmələrə əsasən məlumatların təhlükəsizliyi və məxfiliyini təmin etmək;
* Şəbəkə və məlumatların şirkətin təhlükəsizlik siyasətinə uyğunluğunu təmin etmək;
* İnformasiya Təhlükəsizliyi ilə bağlı maarifləndirmə fəaliyyətini həyata keçirmək;
* İnformasiya Təhlükəsizliyi ilə bağlı insidentləri idarə etmək və daxili və xarici araşdırmalara dəstək olmaq;
* Müvafiq təhlükəsizlik prosedurları, standartları və qaydalarını müəyyən etmək və onların təhlükəsizlik konsepsiyasına müvafiq icrasını təmin etmək;
* Yeni xidmətlər və məhsullara dair məlumat/texniki/fiziki/aktivlərin təhlükəsizliyinə nəzarət etmək;
* 3-cü tərəf şirkətlərlə olan əməkdaşlığa dair təhlükəsizlik yoxlamaları aparmaq, İT/Şəbəkə məhsullarının təchizatçıları ilə olan müqavilələrin İKT təhlükəsizliyinə uyğunluğunu nəzərdən keçirmək;
* Məxfi informasiyanın mümkün olan sızma kanallarını aşkar etmək və aradan qaldırmaq.

Namizədə tələblər:

* Ali təhsil (İnformasiya Texnologiyaları, İnformasiya Təhlükəsizliyi və ya Tətbiqi Riyaziyyat sahəsi üzrə təhsilə üstünlük verilir);
* İnformasiya Texnologiyaları, Telekommunikasiya və ya Təhlükəsizlik sahəsində 3 ildən artıq təcrübəyə üstünlük verilir;
* İT Təhlükəsizlik texnologiyaları və vasitələri üzrə təcrübə;
* ISO 17799, 27001, 27002/BS7799 and NIST Beynəlxalq təhlükəsizlik standartları üzrə iş təcrübəsi;
* Şəbəkə və sistemlərin idarə edilməsi bacarıqları;
* Müxtəlif əməliyyat sistemləri, proqram təminatları, UNIX, Windows, Mac, ERP sistemləri və serverlər üzrə məlumatlı olmaq
* C, Python, PHP, JavaScript, Ruby, Bash scripting və s kimi ən populyar dillərdə yazma bacarığı;
* Şəbəkə trafiki analizini anlamaq;
* Bütün əsas informasiya təhlükəsizliyi sahələri üzrə anlayışlar: İznlərə nəzarət sistemləri, kataloq xidməti sistemləri, proqram təminatlarının təhlükəsizliyi, sistemlərin yaradılması və inkişafı, kriptoqrafiya texnologiyaları, məlumat və sistemlərinin tamlığına nəzarət, şəbəkə və internet təhlükəsizliyi və s;
* Müstəqil işləmək bacarığı və riskləri, potensial problemləri menecerə çatdırma qabiliyyəti;
* Səlis Azərbaycan və İngilis dili bilikləri.

Müraciət etmək üçün:

Müraciət etmək üçün bu linkə keçid almağınızı xahiş edirik.
Şirkətimzdə mövcud digər vakansiyalarla tanış olmaq üçün www.azerconnect.az səhifəsinə keçid ala bilərsiniz.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox