İngilis dili müəllimiyi üzrə təcrübə proqramı

İngilis dili müəllimiyi üzrə təcrübə proqramı

Fred’s English təhsil mərkəzi
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Xüsusi təhsil/ Təlim

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Təcrübəçi

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    27 avqust 2021

  • Bitmə tarixi

    26 sentyabr 2021

Diqqət!

Bu elanın vaxtı bitib. İngilis dili müəllimi vakansiyaları üçün bura keçid edin!

“Fred’s English” Beynəlxalq ingilis dili mərkəzi İngilis dili müəllimiyi üzrə TƏCRÜBƏ PROQRAMI elan edir.

Şirkət haqqında məlumat- “Cambridge” in Azərbaycandakı rəsmi hazırlıq mərkəzi olan “Fred’s English” Beynəlxalq İngilis Dili Mərkəzi 1999-cu ildən ingilis dilinin peşəkar tədrisi üzrə ixtisaslaşmışdır. 

Əsas məqsədimiz ingilis dilinin tədrisində qərb təcrübəsini auditorialarımıza gətirmək, beynəlxalq metodikanı tətbiq etməklə xarici dilin tədrisini stimullaşdırmaq, gənclərimizin əmək bazarında beynəlxalq dərəcəli rəqabətə davamlı kadr olmaları üçün onlara peşəkar səviyyədə ingilis dilini tədris etməkdir. 

“Academic English”, “Cambridge English”, “English for KIDS”, “IELTS”, “TOEFL”, “SAT” kimi beynəlxalq proqramların tədrisində ixtisaslaşan təhsil mərkəzimizin komandasına beynəlxalq mühitdə inkişaf etmək istəyən gəncləri dəvət edirik.

İş haqda məlumat:

1. Tam və yarım günü əhatə edən təcrübə saatı (10:00-19:00).
2. Ödənişli təcrübə proqramı-100 azn
3. İnkişaf etmək və “Cambridge English” tədris metodikasını öyrənmək üçün beynəlxalq mühit.
4. 3 aylıq təcrübə proqramının sonunda mərkəz tərəfindən sertifikatla tətif olunma.

Namizədə tələblər:

1. İngilis dili müəllimliyi, tərcümə ixtisasının və ya digər ingilis dilli ixtisasdan MƏZUN olmalı.
2. İngilis dili bilik səviyyəsi minimum Intermediate. (Xüsusən danışıq səviyyəsi)
3. Müxtəlif yaş qruplarına, xüsusən azyaşlı uşaqlara ingilis dilinin tədrisində maraqlı olmalı.
4. Təyin olunan davamiyyət cədvəli üzrə təcrübə proqramında iştirak etmək;
5. Təcrübə rəhbəri tərəfindən verilən tapşırıqların məsuliyyətli şəkildə icrasına cavabdeh olmaq;
6. Tədris şöbəsi tərəfindən tapşırılan işlərin yerinə yetirilməsi;

Qeyd: Namizədlərdən CV-lərini göndərməmişdən əvvəl proqram üzrə olan tələbləri DİQQƏTLİ OXUMAQLARI xahiş olunur.

Uyğun namizədlər CV-lərini info@fredsenglish.com elektron ünvanına “(Eng)TƏCRÜBƏ PROQRAMI” başlığı ilə göndərə bilərlər. Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox