İnsan Resursları Departamentində təcrübəçi

İnsan Resursları Departamentində təcrübəçi

Optimal Electronics LLC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Heyətin idarəolunması

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Təcrübəçi

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    18 avqust 2020

  • Bitmə tarixi

    17 sentyabr 2020

Diqqət!

Bu elanın vaxtı bitib. HR / İnsan resursları Mütəxəssisi vakansiyaları üçün bura keçid edin!

"Optimal Elektronika" MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, LG, SONY, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

Optimal Elektronika” MMC-nin tərkibində fəaliyyət göstərən “GENTLEMAN” multi-brend geyim mağazası 1996-cı ildən fəaliyyət göstərir. Mağaza İtaliya, Ukrayna, Moldova, Yunanıstan və digər ölkələrin brend geyimlərinin Azərbaycanda satışı ilə məşğuldur. Şirkətimiz ingiltərənin M&CO brendinin Azərbaycanda və Qafqazda yeganə frençayzinq partnyorudur. M&Co mağazası Optimalın Nizami (Tarqovıy) filialının ikinci mərtəbəsində yerləşir. Əlavə məlumat üçün www.mandco.az və www.optimal.az linkinə tıklaya bilərsiniz.

"Optimal Elektronika" MMC davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönümdə fəal iş aparır.

Niyə məhz Optimal?

 Hər bir işçiyə gələcəyin meneceri kimi yanaşırıq!
 Pozitivlik bizim ən böyük uğurumuzdur!
 Kreativ ideyaları yaradırıq!
 İstedadlı gənclərə yol açırıq!

"Optimal Elektronika" MMC İnsan Resursları Departamentində təcrübəçi vakansiyasını açıq elan edir:

Biz Sizə təklif edirik:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Həftədə 5 iş günü, 2 gün istirahət;
- Karyera yüksəlişi imkanı;
- Təcrübə proqramı ödənişlidir və nahar şirkət tərəfindən verilir.

Namizədə tələblər:

- Təhsil : Ali təhsil müəssisini yeni bitirmiş olmalı;

- Öyrənməyə və inkişaf etməyə meylli olmalı:

- Dil biliyi : Azərbaycan dilində səlis danışmaq/yazmaq; İngilis və rus dillərini bilmək üstünlükdür.

- Kompüter biliyi: Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı;

- Yüksək ünsiyyət və təqdim etmə bacarıqlar

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “İnsan Resursları Departamentində təcrübəçi” qeyd edərək öz CV-lərinizi hr@optimal.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Son tarix: 20.10.2020

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox