“Güvənli” MMC Kredit təşkilatı İnsan Resursları Departamentinin Direktoru vəzifəsinə işə qəbul elan edir!
Vəzifə öhdəlikləri:
- Qanunvericiliyə uyğun olaraq əmək münasibətlərinin idarə olunması;
- İR standartlarının, İR-nın idarə edilməsi ilə bağlı qaydaların (prosedur, siyasət və s) tərtibi və onun icrasına nəzarət etmək;
- İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi;
- Əhəmiyyət kəsb edən vəzifələr üzrə kadr ehtiyatının müəyyən edilməsi;
- Əmək fəaliyyətinin qiymətləndirilməsi sisteminin qurulması və həyata keçirilməsi;
- Mükafatlandırma və motivasiya sisteminin qurulması və tətbiq olunması;
- Əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və bu istiqamətdə yeni təkliflərin irəli sürülməsi;
- İnsan Resurlarının fəaliyyəti ilə bağlı mütəmadi olaraq rəhbərliyə hesabatlar təqdim edilməsi.
- Təlim sisteminin qurulması və inkişaf etdirilməsi;
- Mövcud kadrların inkişafını stimullaşdırılması;
- İnsan resurslarının təşkilini innovativ şəkildə həyata keçirmək.
Tələblər:
- Ali təhsil (Menecment, psixologiya və ya insan resursları sahəsində);
- İnsan Resursları sahəsində 10 ildən artıq iş təcrübəsi;
- İnsan resurslarının idarə olunması funksiyaları, prosedurları haqqında biliklər;
- AR Əmək qanunvericiliyini mükəmməl bilməli;
- Azərbaycan dilində əla, Rus və İngilis dillərində yaxşı səviyyədə bilməli;
- Vaxtın və konfliktlərin effektiv idarəedilməsi.
- Məsuliyyət, dürüstlük, çeviklik və problem həlletmə bacarığı.
İş haqqında məlumat:
- İş yeri: Azadlıq prospekti
- İş saatı:Həftə içi 09:00-17:00, şənbə 10:00-16:00;
- Əmək haqqı: 2500 AZN.