Vəzifə tələbləri:
- Ali təhsil;
- İnsan resursları sahəsində 2 ildən az olmayaraq peşəkar iş təcrübəsi
- AR Əmək qanunvericiliyinin əsaslarını əla səviyyədə bilməli;
- Sahə üzrə sertifikatlar üstünlükdür.
- Yaş: 24-30 yaş arası;
- Komanda daxilində işləmək bacarığı
- Əməliyyatların aparılması üzrə yüksək motivasiyalı iş prinsipinin olması
- ƏMAS və Microsoft Ofis proqramlarından sərbəst istifadə bacarığı
- İşçi qruplarının idarə edilməsində, eləcə də yeni təşəbbüslərdə aktivlik nümayiş etdirilməsi
- Rəhbərliyin tapşırığına uyğun olaraq ofis daxilində digər administrativ işlərin yerinə yetirilməsi
- Operativ düşünmə və problemləri həll etmə bacarıqları
- Zamanın düzgün şəkildə idarəolunması
- Məsuliyyət, nizam-intizamlı olunması
- Əmək haqqı - namizədin bilik və bacarığına görə təyin olunacaqdır
Vəzifə öhdəlikləri:
- İnsan resursları sahəsində rəsmiləşdirmələrin Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun aparılması;
- Strategiyasının formalaşdırılması, İnsan Resursları siyasətlərini, prosedurlarını , qanunları və standartları işçılərə izah olunması
- Müasir qiymətləndirmə metodları ilə namizədlərin qiymətləndirilməsi prosesini təşkil və icra etmək;
- İnsan Resurslarının idarə olunması proqramını tərtib etmək və müəyyən olunmuş planı şirkət daxilində icra etmək
- Əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və yeni təkliflərin irəli sürülməsi
- Cəmiyyət ilə müvafiq dövlət qurumları (məşğulluq mərkəzləri) arasında işə qəbul prosesindən irəli gələn məsələlərdə koordinasiyanı təmin etmək
- Bütün şöbələr və işçi kateqoriyaları üzrə vəzifə təlımatlarının hazırlanması
- Şirkətdə mövcud vəzifələrə dair vəzifə təlimatlarının hazırlanması və yenilənməsi prosesinə dəstək;
- Əməkdaşların peşəkarlıq səviyyələrinin artırılması məqsədilə təlim və tədris proseslərinin təşkilinin həyata keçirilməsi;
- Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və direktorun əmrlərinə müvafiq olaraq işçilərin qəbulu, köçürülməsi və işdən azad edilmələrini vaxtında həyata keçirilməsinə nəzarət
- Aylıq hesabatların hazırlanması və təqdimatı
- İşçinin işə qəbulu, işdən çıxarılması, işə davamiyyəti, bütün növ məzuniyyətlərdən (əmək, öz hesabına, sosial,təhsil) istifadəsi, işçiyə münasibətdə intizam tənbehlərinin tətbiqi və digər oxşar əməliyyatların qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilməsi;
- ƏMAS hökümət portalı ilə bağlı əməliyyatların vaxtında yerinə yetirilməsi;
- İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq
- Şirkət üzrə bütün növ əmrlərin yazılması (işə qəbul, işdən azad, ezamiyyə, məzuniyyət, mükafatlandırılma, intizam tənbehi və s.,)
- İşçilərin illik əmək məzuniyyətlərinin qrafikinə nəzarət edilməsi;
- Analıq məzuniyyəti və sosial ödənişlər üçün lazımi sənədləri hazırlamaq;
- Əmək kitabçalarına qeydiyyatların aparılması;
- Vakansiyaların yerləşdirilməsi, CV-lərin çeşidlənməsi, müsahibələrin təşkili
İş şəraiti:
- İş günləri: Həftənin altı günü. Bazar günü qeyri iş günü
- Ünvan : Bakı ş, Şeyx Şamil 16
Tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “İnsan resursları üzrə aparıcı mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər