İnsan Resursları üzrə Biznes Partnyor

İnsan Resursları üzrə Biznes Partnyor

PASHA Bank
  • Şəhər

    Bakı

  • Kateqoriya

    İnsan resursları

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    29 iyul 2024

  • Bitmə tarixi

    07 sentyabr 2024

Diqqət!

Bu elanın vaxtı bitib. HR / İnsan resursları Mütəxəssisi vakansiyaları üçün bura keçid edin!

İşiniz nədən ibarətdir?

  • Vəzifə təlimatlarının hazırlanması və saxlanması;
  • İstedadların cəlb olunması üçün tələblərin qiymətləndirilməsi, kadr seçimi zamanı rəhbər ilə tərəfdaşlıq edilməsi;
  • Əmək haqqı təşəbbüslərinin layihələndirilməsi, icrası və idarə olunmasında iştirak edilməsi;
  • Əməkdaşların inkişafı üçün tələblərin müəyyənləşdirilməsi və inkişaf ehtiyacları təhlilinin (DNA) düzgün aparılması üçün birbaşa rəhbərin istiqamətləndirilməsi;
  • Fəaliyyət qiymətləndirməsi prosesinin idarə edilməsi: hədəflərin təyini, yarımillik baxış, 360 dərəcə qiymətləndirmə, illik qiymətləndirmə və mükafatlandırma;
  • Əmək münasibətləri məsələlərinin həll edilməsi;
  • Daxili müştərilərdən struktur dəyişikliyi ilə bağlı sorğuların həll olunmasında iştirak edilməsi, təkliflərin verilməsi və sənədləşdirilmədə köməkliyin göstərilməsi;
  • İnsan resursları üzrə layihələrdə aktiv iştirak edilməsi, cavabdehliyin daşınması;
  • Strateji işçi qüvvəsinin qiymətləndirilməsi / seçimi / irəli çəkilməsi məqsədilə, daxili və xarici namizədlər üçün qiymətləndirmə mərkəzi və vasitəsindən istifadə olunması.

Tələblər

Sizdən nə tələb olunur?

 

  • Təhsil: Sosial elmlər, iqtisadiyyat sahəsi üzrə Bakalavr dərəcəsi;
  • Tələb olunan iş təcrübəsi: İşə qəbul, təlim və ya digər İR sahələri üzrə minimum 3 (üç) il;
  • Xarici dillər: ingilis (səlis);
  • Kompüter bilikləri: Microsoft Office;
  • Məhsul üzrə biliklər: Bütün İR transformasiya prosesləri (işə qəbul, fəaliyyətin qiymətləndirilməsi, təlim və inkişaf, güzəşt və mənfəət);
  • Bazar üzrə biliklər: AR Əmək Məcəlləsi;
  • Digər bacarıqlar: Güclü ünsiyyət və nitq bacarığı, innovativ düşünmə və özünü inkişafı təbliğ etmə bacarıqları.

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox