İş haqqında məlumat:
- Tələbələrin və məzunların iş ilə təmin edilməsi üçün şirkətlər ilə əlaqələrin qurulması və görüşlərin keçirilməsi;
- CV hazırlanması və iş intervyularına hazırlıq üzrə tələbələrə məsləhətlərin verilməsi və bu mövzularda seminarların keçirilmsəi;
- Vakant yerlərin araşdırılması, həmin iş yeri üzrə elanın hazırlanması və müvafiq iş elanları saytlarında yerləşdirilməsi;
- Müvafiq vakansiyalar üzrə müsahibələrin təşkili və namizədlərə cavabların göndərilməsi;
- Yeni əməkdaşlar ilə əmək müqavilələrinin bağlanması və onların DSMF sisteminə daxil edilməsi;
Namizədə tələblər:
- HR sahəsində təcrübə: 1 il və daha çox;
- Müvafiq sahə üzrə Ali təhsil;
- AR Əmək Qanunvericiliyini bilməli;
- Azərbaycan dili biliyi əla səviyyədə, rus dili və ingilis dili bilənlərə üstünlük veriləcək;
- Sənədləşdirmə və yazışma qaydalarını yüksək səviyyədə bilməlidir;
- Təşkilati bacarıqlar, təşəbbüskarlıq;
- Ünsiyyət və münasibət qurma bacarığı, məsuliyyətli və pozitiv yanaşma;
- Microsoft Ofis proqramları ilə yüksək səviyyədə işləmə bacarığı: Word, Excel, Outlook, Power Point;
- LinkedIn platforması ilə işləmə bacarığı və təcrübə;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.
İş qrafiki: 6 gün (həftə içi - 09:30 - 18:30, şənbə günü – 09:30 – 17.00)
Əgər özünüzü bu vakansiya üzrə uyğun hesab edirsinizsə, o zaman CV-nizi career@jedacademy.az ünvanına göndərin. Məktubun başlığını "HR Manager" olaraq qeyd edin. Xoş günlər arzu edirik!