İnsidentlərin idarə edilməsi üzrə Mütəxəssisi

İnsidentlərin idarə edilməsi üzrə Mütəxəssisi

ABB
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Digər

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    04 aprel 2023

  • Bitmə tarixi

    04 may 2023

Diqqət!

Bu elanın vaxtı bitib. Monitorinq üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

• İnsident baş verdikdə hesabatların tərtib və təqdim edilməsi. İnsidentlərin idarə edilməsi.

• İnsident iventarının idarə edilməsi

• Dövri əsasda(rüblük, illik və s.) aşkarlanmış dələduzluq insidentləri haqda hesabatlığın təqdim edilməsi

• Kart və digər Rəqəmsal kanallar üzrə baş verən şübhəli əməliyyatların mütəmadi təhlili, dələduzluq trendlərin, insidentlərin, dələduzluq praktikasının izlənilməsi və qarşılayıcı tədbirlər üzrə təklifin verilməsi

• Vəzifə üzrə təyin edilən Sorğuların(JIRA, OTRS və s.) idarə edilməsi

• Vəzifə üzrə təyin edilən nəzarətlərin və ya xəbərdarlıqların monitorinqi və idarə edilməsi

• Profil üzrə(dələduzluq növləri, aşkarlama metodları, tədbir planı və s.) üzrə təlim-tədrisin təşkili

Namizədə tələblər:

• Analitik düşünmə bacarığı

• Məqsədyönlü və tapşırıqları düzgün və vaxtında yerinə yetirmək bacarığı

• Qərar vermə bacarığı

• Azərbaycan dilini bilmək mütləqdir, Rus və İngilis dili arzu olunandır

• Kompüter elmləri, statistika, informasiya sistemləri, informasiya təhlükəsizliyi üzrə Magistr dərəcəsi

• Dələduzluğun idarə edilməsi, şübhəli əməliyyatların monitorinqi, informasiya təhlükəsizliyi, kiber təhlükəsizlik, əməliyyat risklərinin idarə edilməsi və bənzər sahədə ən azı 2 il iş təcrübəsi

• Kompüter avadanlığı, əməliyyat sistemi(Microsoft Windows) və ofis proqram təminatı(Microsoft Office(Word, Excel, PowerPoint, Outlook və s.), sorğuların idarə edilməsi sistemləri(JIRA, OTRS və s.)) ilə yaxşı səviyyədə işləmə bacarığı.

• Sənəd dövriyyəsinin idarə edilməsi, prosedur, təlimat və s. sənədlərin tərtib edilməsi bacarığı arzuolunandır

• Fraud Management, Card Processing, Core Banking, Merchant Screening, Internet Banking, Mobile Banking və s. növ proqram təminatları və modulları ilə yaxşı səviyyədə işləmə bacarığı

• Kart(Kart, hesab, ECOM, POS, ATM və s.) və digər Rəqəmsal(Internet Banking, Mobile Banking, Core Banking System və s.) kanallar üzrə dələduzluq növləri ilə tanışlığı, aşkarlama, qarşısını alma, tədbir planının hazırlanması bacarığı

• Azərbaycan Respublikasının Mərkəzi Bankı, Qlobal Ödəniş Sistemləri və digər tənzimləyici qurumların(requlyatorların) qaydaları, tələbləri, tövsiyyələri üzrə biliklər arzuolunandır

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox