Görəcəyiniz işlər:
- Daxil olmuş sorğular əsasında Bankda mövcud olan insidentlər və ya baş verə biləcək fraud halları üzrə müvafiq araşdırmaların aparılması;
- Aparılan araşdırmanın nəticəsinə uyğun olaraq kənarlaşmaların aradan qaldırılması istiqamətində qanunvericilklə qəbul olunmuş tədbirlərin görülməsi;
- Bankın baş ofisində və struktur bölmələr tərəfindən aparılmış cari əməliyyatların qanunverciliyinə və daxili qaydalara uyğunluğu baxımından distant və yerində yoxlamaların həyata keçirilməsi;
- Bankda mövcud olan nəzarət sistemlərin effektivliyi istiqamətində monitorinqlərin aparılması, nəzarət sistemlərinin qabaqcıl təcrübəyə uyğunluğu baxımdan qiymətləndirilməsini həyata keçirmək;
- Bankın fəaliyyətini əhatə edən biznes proseslərdə mövcud olan nəzarət mexanizmlərini gücləndirən yeni alət və mexanizmlər barədə tövsiyələr vermək;
- Aparılan yoxlamalar zamanı, sahə üzrə risklərin müəyyən edilməsi. Risklərin mitiqasiyası üzrə müvafiq nəzarət tədbirlərin tətbiqi istiqamətində tövsiyələrin verilməsi.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilli (Maliyyə, hüquq və iqtisadi sahədə);
- İnduktiv və analtik təhlil etməyi bacaran;
- MS Office proqramlarında iş bacarığı olan;
- Bankda minimum 1-2 il iş təcrübəsi olan;
- Flexcube, Bİ və BPM üzrə bilikləri olan;
- Yüksək planlaşdırma və icra keyfiyyətlərinə malik olan şəxsdir.