International Payment Systems / Specialist

International Payment Systems / Specialist

PASHA Bank
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Digər

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    11 may 2022

  • Bitmə tarixi

    10 iyun 2022

Diqqət!

Bu elanın vaxtı bitib. International Payment Systems / Specialist vakansiyaları üçün bura keçid edin!

  • Gündəlik olaraq bank kartları üzrə Prosessinq Mərkəzlərindən  klirinq faylarının mübadiləsi və emal edilməsi (Visa, Master, Milli Kart, BKM və Kapital);
  • Bank ödəmə sistemləri üzrə (Visa, Master) daxil olan hesabatlar əsasında müxabirləşmələri bank proqramında icra etmək;
  • Gündəlik olaraq bank sistemində günün bağlanması prosesinin aparılması və  Prosessinq mərkəzlərinə (Visa, Master, Milli Kart və BKM, Kapital) faylların göndərilməsi;
  • Pos-terminalların qeydiyyatı, cash-back əməliyytalarının sazlanması, yeni aqreqatorların sistemdə qeydiyyatı, MCC kodların müəyyən edilib sazlanması, yeni tranzit hesabların açılması, tranzit hesabdan vəsaitlərin köçürülməsi üçün Flex sistemində rekvizitlərin sazlanması:
  • Visa və  Mastercard  ödəniş sistemləri üzrə chargeback əməliyyatları  və digər hesabatların hazırlanması və təqdim olunması. 
  • Visa,  Mastercard  və BKM ödəniş sistemləri üzrə chargeback əməliyyatları prosessinin aparılması
  • Visa Quarterly report və Mastercard QMR hesabatlarının hazırlanmsı və sistemə daxil edilməsi
  • Əlavə olunan yeni sistemlərin və proseslərin təkmilləşdirilməsi.
  • Gələn ödənişlərin bütün uyğunsuzluqlarının müəyyənləşdirilməsi və bu məbləğlərin tranzit hesablardakı qalıqların vaxtında əks etdirilməsi. Daxili və xarici qaydalara uyğun olaraq müvafiq tədbirlərin görülməsi, vaxtında və düzgün icrasının təmin edilməsi.
  • Əməliyyat gününün sonunda, bütün əməliyyatların vaxtında və düzgün aparılmasını təmin etmək üçün bütün əlaqəli hesabların yoxlanılması. Neqativ hesabların yoxlanılması və tələb olunan müxabirləşmələrin verilməsi. 
  • Daim yenilənən processləri nəzərə alaraq prosedurlar və qaydalar üzrə biliklərin artırılması.

Namizədə tələblər:

  • Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili
  • Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə  minimum 2-3 il  
  • Xarici dillər: İngilis dili (orta səviyyə), Rus dili (orta səviyyə), Azərbaycan dili (yüksək səviyyədə)
  • Kompüter bilikləri: Microsoft Office (excel, world)
  • Məhsul üzrə biliklər: Bank kartları üzrə mövcüd olan Ödəmə sistemləri  sahəsində təcrübə, ölkədaxili prosessinq mərkəzlərinin işləmə prinsipi üzrə məlumat
  • Başqa tələblər: Kart sistemində  işləmə bacarığı. Görülən iş barəsində hesabat vermə bacarıqları, ünsiyyət bacarıqları və özünü inkişaf etdirmə bacarıgı

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox