- Potensial investisiya imkanlarını, yeni maliyyə alətlərini təhlil edərək investisiya gəlirlərinin maksimallaşdırılması və portfel risklərinin azaldılması istiqamətində işlərin aparılması;
- Pul vəsaitlərinin hərəkətini, debitor və kreditor borclarını izləyərək Şirkətin üzləşə biləcəyi valyuta risklərinin müəyyənləşdirilməsi və riskləri önləyici tədbirlərin görülməsi;
- Likvidlik risklərinin qarşısının alınması üçün gözlənilən ödənişlərə nəzarət və potensial likvidlik ehtiyaclarını və artıqlığını müəyyənləşdirərək lazımi tədbirlərin görülməsi;
- Baş verən iqtisadi dəyişikliklərə dair məlumatlı olmaq və iqtisadi təhlillər apararaq investisiyə fəaliyyətini formalaşdırmaq;
- İnvestisiya portfelinin effektivliyinin təmin olunması məqsədilə öz səlahiyyətləri çərçivəsində digər struktur bölmələrlə əməkdaşlıq etmək;
- Cəmiyyətin Strateji Plan və illik büdcə planlarının hazırlanmasında iştirak etmək və onun tətbiq olunmasını təmin etmək;
- İnvestisiya portfelinin təhlükəsizliyini təmin etmək məqsədilə Bank/Emitentlərin və investisiya aktivlərinin iqtisadi və maliyyə durumu ilə bağlı mütəmadi monitorinq aparmaq, Bank/Emitent və aktivlərin risk dərəcəsində dəyişikliklər olduğu təqdirdə vəsaitlərin çıxarılması ilə bağlı İdarə Heyəti və Komitəyə bu haqda məlumat və təklif təqdim etmək;
- Cəmiyyət investisiya portfelin haqqında mütəmadi olaraq İdarə Heyəti, Komitə və digər səlahiyyətli struktur bölmələrə hesabat təqdim etmək;
- İnvestisiya fəaliyyəti ilə bağlı müqavilələrin Şirkət mənafeyinə uyğun şəkildə, investisiya qərarlarına uyğun şəkildə tərtib olunmasına və gecikməsiz imzalanmasına nəzarət;
- Cəmiyyətin əməliyyat fəaliyyətinin dayanaqlığını təmin etmək məqsədi ilə pul axınlarının effektivliyini təmin etmək;
- Şöbəyə aid limitlər çərçivəsində sərbəst vəsaitlərin effektiv şəkildə yerləşdirilməsini təmin etmək;
- Komitə və Cəmiyyətin digər səlahiyyətli orqanları və şəxslərinin sərbəst vəsaitlərin yerləşdirilməsi ilə bağlı qərarlarının icrasını təmin etmək;
- Cəmiyyətin sərbəst vəsaitlərinin Nəzarətedici orqanın qüvvədə olan tələbləri, Cəmiyyətin İnvestisiya siyasəti, qayda və limitləri çərçivəsində optimal yerləşdirilməsi ilə bağlı Komitəyə təkliflər təqdim etmək;
- Cəmiyyətin investisiya siyasətinin, qaydalarının və digər investisiya fəaliyyəti ilə bağlı normativ xarakterli sənədlərin hazırlanmasında rəhbərlik etmək və həmin sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər təqdim etmək.
Namizədə tələblər:
- İş təcrübəsi: Maliyyə/İnvestisiya sahəsi üzrə 3 il iş təcrübəsi tələb olunur.
- Təhsili/ixtisası: Maliyyə və ya iqtisadiyyat sahəsi üzrə bakalavr dərəcəsi.
- Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: əla.
- Üstünlüklər: Eviews, R və ya Alteryx Proqramlaşdırma dillərindən istifadə bacarığı, CFA və ya FRM sertifikatlarında nailiyyət, Rus dili: orta.
- Kompüter bilikləri: MS Excel: əla, MS Word: əla, MS PowerPoint: əla.
- Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, geniş perspektiv, problem həlletmə, planlaşdırma.
İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası