İnzibati Dəstək üzrə Mütəxəssis/Aparıcı Mütəxəssis

İnzibati Dəstək üzrə Mütəxəssis/Aparıcı Mütəxəssis

AccessBank
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Digər

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    23 noyabr 2024

  • Bitmə tarixi

    28 dekabr 2024

Diqqət!

Bu elanın vaxtı bitib. İnzibati işlər üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

 

Təsvir:

  • Baş Ofisin texniki təminat üzrə köməkçilərinin işinin koordinasiya edilməsi;
  • Baş Ofisin xadimələrinin işinin təşkili, onlar üçün iş və məzuniyyət qrafiklərinin tərtib olunması; 
  • Baş Ofisin təsərrüfat və dəftərxana malları anbarının idarə olunması. Təchizatçılara malların sifariş edilməsi;
  • Filialların təmizlənməsi, Baş Ofisdə və filiallarda təmir işlərinin aparılması ilə əlaqədar xidmətlər göstərən fiziki şəxslərə ödənişlərin hesabatlarının aparılması;
  • Azercell, Bakcell-in Baş Ofisdə quraşdırılmış ötürücülərinin ödənişlərinə nəzarət, şirkətin əməkdaşlarının texniki personalına çıxışın təmin edilməsi;
  • Baş Ofisdə lift xidmətlərinə nəzarət edilməsi;
  • Baş ofisdə havalandırma sistemlərinə xidmət göstərən şirkətlərin hesabatlarının hazırlanması, xidmət göstərən şirkətlərin il ərzində müqavilə üzrə hesablarına nəzarət və rüblük uzlaşma hesabatının təqdim edilməsi;
  • Ay ərzində filiallarda və Baş ofisdə elektriklərin gördüyü işləri sistemləşdirmək və Rəhbərliyə təqdim etmək üçün rüblük hesabatların hazırlanması. Anbardan elektriklərə verilən malların qeydiyyatının aparılması;
  • Filiallar üzrə ümumi tikinti işlərinin aparılması barədə məlumatların toplanması, sistemdə təmir-tikinti işlərinin yerinə yetirilmə tarixinin və digər kiçik işlərin qeydiyyatı. Bütün filiallar üçün Təmir kartları nəzarət edilməsi; 
  • Elektrik şöbəsi və təmir-tikinti şöbəsi üçün tender sənədlərinin yoxlanılmasına dəstək, kiçik çatışmazlıqlar ilə əlaqəli şirkətlərlə yazışmaların həyata keçirilməsi; 
  • Generatorlar, UPS, sistem tənzimləyicilərində yaranan problemlərin cədvəllərdə sistemləşdirilməsi, generatorların xidmət pasportlarının qeydiyyatı və sistemə daxil edilməsi. Generatorlar üçün təmir kartlarının yaradılması;
  • Bankın ümumi kommunal xərcləri (elektrik, qaz, su, zibilin çıxarılması, Fövqəladə Hallar Nazirliyi, enerjiyə Nəzarət Agentliyi,) sistemdəki filiallar üzrə müqavilələrin toplanması və rüblük ödəniş hesabatlarının hazırlanması. Əlavə xərclər üzrə olan məlumatlara cavabdehlik;

 

Tələblər:

  • Ali təhsil;
  • Azərbaycan və Rus dillərində ünsiyyət qurma bacarığı;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
  • Komandada işləmək bacarığı;

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox