Bakı
Kredit mütəxəssisi
Razılaşma ilə
Tam-ştat
Ali
04 avqust 2021
03 sentyabr 2021
İpoteka Partnyorları ilə İş şöbəsinin Meneceri/Şöbə rəisi
Kapital Bank namizədləri Partnyor Şəbəkəsinin İdarə edilməsi Departamentinin İpoteka Partnyorları ilə İş şöbəsinin Meneceri/Şöbə rəisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
• Bankın potensial partnyoru ola biləcək ipoteka partnyorlarının və şirkətlərin bazar araşdırması;
• Mövcud layihələr üzrə partnyorluğa cəlb olunmuş partnyorun bankla əməkdaşlıq müddəti ərzində yaranmış çətinliklərin aradan qaldırılması ilə bağlı işlərin aparılması;
• Partnyorlar tərəfindən kampaniya müraciətlərinin qəbulu, icrası ilə bağlı müvafiq departamentlərə yönləndirilməsi və icrasının təqib olunması;
• İpoteka sahəsi üzrə işlərin inkişafı istiqamətində partnyor şəbəkəsi ilə sıx əməkdaşlığın qurulması;
• Bankın İpoteka üzrə partnyorların genişləndirilməsi istiqamətində yeni partnyorların cəlb olunması istiqamətində işlərin aparılması və nəzarət olunması;
• Mövcud partnyorlarla işin optimallaşdırılması üzrə təkliflərin verilməsi;
• Hədəf müştəri kütlələrinə xitab etmək üçün spesifik bank məhsullarının yaradılmasında iştirak edilməsi;
• Şöbənin funksiyasından irəli gələn digər funksiyaları icra edilməsi.
• Ali təhsil;
• Sahə üzrə ən azı 4 illik iş təcrübəsi
• Əla səviyyədə Azərbaycan dili biliyi, orta səviyyədə inglis dili və rus dili;
• Kompüter biliyi: yüksək səviyyədə MS Office bilikləri;
• Yüksək analitik qabiliyyət;
• Təşkilatçılıq və rəhbərlik qabiliyyəti;
• Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti;
Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud hr@kapitalbank.az email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.