Struktur bölmənin adı Maliyyə sektorunun dayanıqlı inkişafı departamenti,Maliyyə Sektorunun inkişafı şöbəsi
Hesabatlı olduğu vəzifə Şöbə rəisi
Vəzifənin funksiyaları:
- Maliyyə sektorunun inkişafı ilə bağlı cari vəziyyətin təhlili, mütərəqqi beynəlxalq praktikanın araşdırılması, mövcud çatışmazlıqların aradan qaldırılmasına dair müvafiq təkliflərin verilməsində iştirak;
- Maliyyə sektorunun inkişaf məsələləri ilə bağlı beynəlxalq təşkilatlar və yerli qurumlardan daxil olan məktub və sorğuların cavablandırılmasında iştirak;
- Maliyyə sektorunun inkişaf strategiyasının icrası üzrə, habelə infrastrukturunun təkmilləşdirilməsi və səmərəliyinin artırılması istiqamətində təkliflərin verilməsində iştirak;
- Müvafiq normativ metodoloji bazanın hazırlanmasında iştirak;
- Şöbənin funksiyalarına aid müxtəlif hesabatların, təqdimatların hazırlanmasında iştirak;
Texniki biliklər
- Maliyyə bazarları, institutları və alətləri – orta səviyyədə
- Bankçılıq – əla səviyyədə
- Maliyyə sektoru üzrə qanunvericilik – orta səviyyədə
- Maliyyə hesabatlığı– orta səviyyədə
- Makroiqtisadiyyat – əla səviyyədə
- Statistika və ekonometrika – orta səviyyədə
Davranış kompetensiyaları
- Analitik təhlil etmə
- Ünsiyyət qurma
- İnnovativlik və kreativlik
- Vaxtın idarəedilməsi
Təcrübə
- Müvafiq sahə üzrə 2 il iş təcrübəsi .
Təhsil
- Müvafiq sahədə ali təhsil (Maliyyə,İqtisadiyyat və Biznesin idarə edilməsi)
Dil bacarığı
Kompüter bacarıqları
- MS Office-Yaxşı səviyyədə
Sertifikasiya
- CFA, FRM və ya analoji sahədə digər peşəkar sertifikatlar üstünlükdür.
Son müraciət tarixi: 22.10.2024