“Rabitəbank” ASC İnsan resursları departamentinin İşə qəbul və qiymətləndirmə şöbəsində Əməliyyatlar üzrə Mütəxəssis/Aparıcı mütəxəssis/Baş mütəxəssis vəzifəsinə işə qəbul elan edir.
Vəzifə öhdəlikləri:
- ƏMAS sistemində və E-gov portalında əməliyyatların icra edilməsi;
- Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, işçi qovluqların və əmək müqavilələrinin hazırlanması;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatı;
- Məlumat bazasının mütəmadi yenilənməsi;
- Arayışların, xəstəlik vərəqələrinin və çıxarışların hazırlanması və qeydiyyatı;
- Məzuniyyət (əmək , analıq və s. ) və xəstəlik vərəqələrinə əsasən müvafiq hesablamaların təşkili və nəzarət edilməsi;
- Əmrlərin (qərarların) hazırlanması və onların qeydiyyatının aparılması.
Tələblər:
- Ali təhsilin olması (İnsan resurslarının idarə edilməsi, hüquq, psixologiya üzrə arzuolunandır);
- Müvafiq və yaxud oxşar sahədə minimum 1 illik iş təcrübəsi;
- Analitik düşüncə;
- Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
- Yüksək kommunikasiya, təqdimetmə və yazılı ünsiyyət qabiliyyəti;
- Öyrənməyə və şəxsi inkişafa meyillilik;
- Azərbaycan dilini səlis, ingilis və/və ya rus dilləri biliyi arzu olunandır;
- MS Word, Excel və tələb olunan digər proqramlarda işləmə bacarığı.