Diqqət! Bu elanın vaxtı bitib. ISO (Keyfiyyətin İdarəetmə Sistemi) üzrə mütəxəssis vakansiyaları üçün bura daxil olun.
Elan № 1947
ISO (Keyfiyyətin İdarəetmə Sistemi) üzrə mütəxəssis vakansiyaları
ISO (Keyfiyyətin İdarəetmə Sistemi) üzrə mütəxəssis vakansiyaları
20 İyul 2020
Elan tarixi
19 Avqust 2020
Bitmə tarixi
1785
Baxılıb
İş məlumatları
İş barədə məlumat
“Aztelekom” MMC hazırda ISO (Keyfiyyətin İdarəetmə Sistemi) üzrə mütəxəssis vəzifəsinə işçi qəbulu elan edir.
Vəzifə: ISO (Keyfiyyətin İdarəetmə Sistemi) üzrə mütəxəssis.
İş haqqında məlumat:
• Daxili normativ sənədləri İSO 9001:2015 Keyfiyyətin İdarəetmə Sisteminə (KİS) müvafiq olaraq hazırlamaq.
• Struktur bölmələrinin sənəd, prosedur və təlimatlarını KİS üzrə hazırlamaq, birbaşa rəhbəri ilə razılaşdırmaq, təsdiq üçün rəhbərliyə hazır layihəsini təqdim etmək və təsdiqdən sonra tətbiq edərək müntəzəm olaraq monitorinqini aparmaq;
• İSO 9001:2015 KİS üzrə funksional prosedur, təlimat, siyasət, məqsəd və tədbirlər planının işlənib hazırlanmasını təşkil etmək, onları işə salmaq; İSO 9001:2015 KİS prosesləri, prosedurları, təlimatları və qaydalarını Cəmiyyətin əməkdaşlarına çatdırmaq və praktik məsələlərdə iştirak etmək;
• İSO 9001:2015 KİS bağlı daxil olan şikayətləri araşdırmaq, sənədləşdirmək və müvafiq tədbirlər görmək;
• Cəmiyyətin fəaliyyəti sahəsində keyfiyyətin vəziyyəti barədə bilavasitə tabe olduğu rəhbərliyə məlumat vermək;
• Mütəmmadi keyfiyyət nəzarət yoxlamalarını həyata keçirmək və təkmilləşdirərək inkişafını təmin etmək üzrə zəruri tədbirlərinin görülməsi haqqında rəhbərliyə hesabat təqdim etmək;
• Yoxlamalar nəticəsində toplanan məlumatlar və bu sahədə aparılan işlər, həmçinin yekun toplanan materiallar üzrə aparılmış təhlili barədə birbaşa rəhbərinə geniş məlumat vermək;
• Rəhbərliyin müvafiq göstəriş, əmr və sərəncamlarını rəhbər tutaraq, mövcud qanunvericiliyə uyğun vəzifələrin yerinə yetirilməsini təmin etmək;
• Ümumi risklərin qiymətləndirilməsi və imkanların təhlilini aparmaq;
• İllik cədvəllərə uyğun yoxlamaların keçirilməsi vasitəsi ilə aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması istiqamətində tənzimləyici və qabaqlayıcı tədbirlərin səmərəliliyini planlaşdırmaq və ona nəzarət
İŞ ŞƏRAİTİ
• Əmək müqaviləsi;
• Rəqabətli əmək haqqı;
• Əmək məzuniyyəti: qanunvericiliyin tələblərinə əsasən;
• Qeyri iş günləri: qanunvericiliyin tələblərinə əsasən;
• İş qrafiki: 5 gün (şənbə – bazar istirahət), 09:00 – 18:00 (13:00 – 14:00 nahar fasiləsi);
• İş yeri: Bakı şəhəri;
• Peşəkar həmfikirlər komandası;
• Peşəkar inkişaf və karyera imkanları;
MAAŞ GÖZLƏNTİSİNİ (CV-də) və müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (ISO üzrə mütəxəssis) qeyd edin:
E-ünvan: ayaz.abdulla@aztelekom.az
NamİZƏDƏ TƏLƏBLƏR
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Ali təhsilli (Menecment və ya Standartlaşdırma və sertifikasiya sahəsində);
• Keyfiyyətin nəzarəti sahəsində ən azı 5 illik iş təcrübəsi;
• Keyfiyyətin İdarəedilməsi Sistemi sahəsində müvafiq kurslarda iştirak (İSO 9001:2015) və sertifikatlara malik olması;
• Azərbaycan, rus və ingilis dillərini səlis bilməli (danışıq və yazılı);
• Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
• Microsoft Office (Word, Excel, Outlook, PowerPoint) proqramlarını əla səviyyədə bilməli;
• Yüksək ünsiyyət, danışıq və analitik düşünmə bacarığı;
• Komandada işləmək bacarığı;
• Minimum nəzarət altında planlaşdırma, təşkil etmək, əlaqələndirmək, çoxtərəfli və təzyiq altında prioritetləri müəyyən etmək bacarığı;
• Müxtəlif nadir və xüsusi layihələrin həyata keçirilməsində təşəbbüs və bacarıq nümayiş etdirmək, eyni zamanda müntəzəm tapşırıqlarla həvəsləndirmək;
• Cari fəaliyyətlər və ya funksiyalara təsir edə biləcək məlumatlar barədə məsləhət vermək bacarığı;
• Siyasətin inkişafına təsir göstərmək və işi daha geniş əməliyyat ehtiyacları ilə əlaqələndirmək bacarığı;
• İSO 9001:2015 KİS üzrə təlimlər keçirmək bacarığına malik olması.
MAAŞ GÖZLƏNTİSİNİ (CV-də) və müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (ISO üzrə mütəxəssis) qeyd edin:
E-ünvan: ayaz.abdulla@aztelekom.az
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
Daha çox Menecment vakansiyaları isbu.az-da - Axtardığın işbu!
OXŞar vakansİYALAR
İdarə heyəti üzvünün köməkçisi
“Fortis Group” MMC
Katibə/Referent
Global Group MMC
Mağaza assistenti (Ağcabədi)
Kontakt Home
Mağaza assistenti (Bərdə)
Kontakt Home
Kassir (Sabirabad)
Kontakt Home
Beynəlxalq əlaqələr üzrə mütəxəssis
HR-Port
Elektrik Mühəndisi
Smart Control
Mebel ustası (Naxçıvan)
Kontakt Home
Investment Management Service Junior Specialist / Specialist
PASHA Insurance
Lift texniki
LİFTMARK MMC
Təcrübə proqramı
Aladdin Holding
Ausbildung üzrə Təhsil Mütəxəssisi
Berlin Academy
Risklərin idarə edilməsi departamenti/Kredit və bazar risklərinin təhlili şöbəsi/böyük mütəxəssis
Express Bank
Mebel ustası
Məktəbli Mebel
Kassir - Olivia (Kosmetika və baxım)
Kontakt Home
Kassir - part time (Olivia -Kosmetika və baxım)
Kontakt Home
Elan № 1947
ISO (Keyfiyyətin İdarəetmə Sistemi) üzrə mütəxəssis vakansiyaları
ISO (Keyfiyyətin İdarəetmə Sistemi) üzrə mütəxəssis vakansiyaları
20 İyul 2020
Elan tarixi
19 Avqust 2020
Bitmə tarixi
1785
Baxılıb