İstedadların İdarə Edilməsi Departamentinin İşçi cəlbi və seçimi şöbəsində təcrübəçi

İstedadların İdarə Edilməsi Departamentinin İşçi cəlbi və seçimi şöbəsində təcrübəçi

Kapital Bank
  • Şəhər

    Bakı

  • Kateqoriya

    İnsan resursları

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    12 iyun 2024

  • Bitmə tarixi

    22 iyul 2024

Diqqət!

Bu elanın vaxtı bitib. Təcrübəçi vakansiyaları üçün bura keçid edin!

Ümumi məlumat

Bank haqqında

Kapital Bank ölkənin ən böyük bankıdır və bütün bazar üçün standartları müəyyən edir. Hər gün 6 milyon müştəri bizə güvənərək məhsullarımızdan istifadə edir. Bankın ölkə üzrə 140-a yaxın xidmət nöqtəsi, hər kəsin sevərək istifadə etdiyi kart məhsulları, ölkənin ilk rəqəmsal bankı olan Birbank tətbiqi var. Birbank-ın aktiv istifadəçilərinin sayı isə bu gün artıq 4 milyona yaxınlaşır.

Məqsədimiz – müştərilərimizin həyatını daha rahat, xoş və komfortlu hala gətirməkdir. Bunun üçün ən uyğun bank xidmətlərindən və gəlirli maliyyə məhsullarından ibarət ekosistem qururuq. Artıq siz kredit məhsullarını və kartları onlayn əldə edə, ölkədaxili, eləcə də ölkəxarici pul köçürmələri apara, alış-verişinizi faizsiz olaraq aylara bölə və ödənişlərinizdən keşbek qazana bilərsiniz.

Gələcək üçün böyük planlarımız var və biz məhz bu planları reallaşdıraraq ölkəmizin gündəlik həyatını bizimlə birgə müsbətə doğru dəyişə biləcək enerjidolu və ambisiyalı şəxslərin axtarışındayıq.

Rol haqqında

İstedadların cəlbi və seçimi komandasına işə qəbul prosesinin müxtəlif mərhələlərində dəstək verəcək və təşkilat daxilində HR proseslərinin icrasına töhfə verəcək, İnsan resurslarının müxtəlif istiqamətləri üzrə praktiki təcrübə qazanmaq istəyən həvəsli və motivasiyalı gənclərin axtarışındayıq!

Öhdəliklər

  • Müsahibələrin planlaşdırılmasında dəstək göstərmək
  • Namizəd sorğularını cavablandırmaq
  • Namizədlərin sənədləşmə prosesinə dəstək olmaq
  • İmtahan və müsahibə mərhələlərinin təşkilində iştirak etmək
  • Bank tədbirlərində iştirak etmək
  • Ofis idarəçiliyində dəstək olmaq

Tələblər

  • Ali təhsil (İnsan Resursları sahəsi üzrə təhsil almış məzunlar və ya İnsan Resursları sahəsi üzrə təcrübə keçmiş namizədlər arzuolunandır);
  • MS Office proqramları üzrə işləmək qabiliyyəti;
  • Ünsiyyətqurma və səlis danışıq qabiliyyəti;
  • Səbirli, məsuliyyətli və intizamlı;
  • Yüksək motivasiyalı və öyrənməyə açıq.

Elan #854015

  • 2084

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox