Əsas öhdəliklər:
- Şirkət siyasətlərinə və standart əməliyyat prosedurlarına mütəmadi olaraq riayət edilməsini təmin etmək;
- Təlim və inkişaf proqramlarını şirkətin prosedurlarına uyğun şəkildə təşkil və idarə etmək;
- Yeni işçilər üçün daxili təlim və inkişaf (L&D) proqramını idarə etmək;
- İşçilərin bacarıqlarını artırmaq üçün daxili təlim proqramları hazırlamaq və həyata keçirmək;
- Layihələrin inkişafında iştirak etmək və müəyyən edilmiş fəaliyyət planına cavabdeh olmaq;
- Şirkətdaxili sorğuların (engagement surevey və s.) planlaşdırılması və icrasında iştirak etmək;
- Şirkətin siyasət və standart əməliyyat prosedurlarına daim riayət olunmasını təmin etmək;
- Şirkətdaxili tədbirlərin təşkili və logistik məsələləri idarə etmək;
- Müxtəlif kanallardan (Teams, daxili platformalar, sosial media – LinkedIn və s.) effektiv istifadə edərək şirkətdaxili və lazım gəldikdə xarici auditoriyaya yönəldilmiş müvafiq kommunikasiyaları həyata keçirmək;
- Daxili kommunikasiya prosesini və platformasını inkişaf etdirmək;
- Soft skills və texniki təlimlər üçün iştirakçı qrupların cədvəllərini tərtib edib koordinasiya etmək;
- Müvafiq təlim materiallarını hazırlamaq, təqdim etmək və təlimləri həyata keçirmək;
Tələb olunan bilik , bacarıqlar və təcrübə:
- Ali təhsil dərəcəsi-Psixologiya, Maliyyə menecment, İnsan resursları sahəsində ali təhsilə üstünlük verilir;
- Dil bilikləri-İngilis dili – Yaxşı, Azərbaycan dili - Ana dili, Rus dili biliyi- Yaxşı;
- İnsan resursları (HR) sahəsində ümumi təcrübə;
- Təlim və inkişaf (L&D) idarəçiliyində təcrübə;
- İctimai nitq və təlim keçmək sahəsində təcrübə;
- Daxili korporativ kommunikasiya sahəsində təcrübə və daxili kommunikasiya kanalları ilə işləmək bacarığı;
- Microsoft Office proqramlarında (Outlook, PowerPoint, Word və s.) işləmək bacarığı;
- İnsanlarla effektiv ünsiyyət və əməkdaşlıq bacarığı;
- Eyni anda bir neçə işi idarəetmə və vaxtı düzgün bölmə bacarığı;
- Təqdimat bacarıqları;
- Emosional zəka və uyğunlaşma qabiliyyəti;
- Məsuliyyətlilik, dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
- Komandada işləmə bacarığı;
- Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Məntiqi və analitik düşünmə tərzi;
Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni elektron poçt ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.