İstixana Mühəndisi -Texnik

İstixana Mühəndisi -Texnik

WeGrow
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Mühəndis

  • Maaş

    1500 - 2000 AZN

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    22 oktyabr 2020

  • Bitmə tarixi

    21 noyabr 2020

Diqqət!

Bu elanın vaxtı bitib. İstixana Mühəndisi vakansiyaları üçün bura keçid edin!

WeGrow şirkətlər qrupu artıq 8 ildir Kənd Təsərrüfat sahəsində fəaliyət göstərir.

Şirkətlərimiz:

1. Zirə Aqro
2. BerryBlues
3. Consulting Group
4. Tomatosfera


Tələb olunan iş Bacarığı:

a) İstixananın mexanika bölümünü dərindən araşdırmaq və düzgünlüyünü yoxlamaq;
b) İnşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarət etmək;
c) İstixananın İstehsalatın texniki hazırlığını təmin etmək;
d) Mövcud mühəndislik qeydlərinin hesabatını aparmaq;
e) Layihə şirkətlərindən təhvil alınan mexaniki layihələrin standartlara uyğunluğunu, sistemin tam şəkildəişləkliyini yoxlamaq və aşkar olunan problemli sahələri layihəçi şirkətlərə və öz rəhbərinə bildirmək;
f) Mexanika layihələri üçün seçilən cihaz və avadanlıqların seçiminin düzgünlüyünü yoxlamaq
g) Avandanlıqların fasiləsiz,texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə ,tələb olunan səviyyədə saxlanılmasını təmin etmək;
h) Layihənin sonunda son texniki dəyərləndirməni və yoxlanmanı yerinə yetirmək;
i) Mexanika avadanlıqlarının quraşdırılması və onların testini idarə etmək;
j) Yeni layihələrə cəlb olunduqda, mexanika sistemləri üzrə ilkin analiz və dəyərləndirməni yerinə yetirmək;
k) Avadanlıqlara baxış ,sınaq və profilaktik təmir işlərini etmək

Namizədə tələblər:

Tələb olunan təhsil və biliklər:

- Mühəndislik ixtisası üzrə ali təhsil; Və ya bu sahədə 5 ildən artıq təcrübə varsa Ali təhsil ixtisas üzrə olmayada bilər
- İş təcrübəsi minimal 3il;
- Azərbaycan dilində əla yazmaq, oxumaq və fikrini ifadə etmək qabiliyyəti olmalı (İngilis və Rus dilini texniki səviyyədə bildikdə əmək haqqına müsbət təsir edəcəkdir.)
- Kompüter bacarıqları -Microsoft Office
- Vaxt və resursların planlaşdırılması kimi təşkilati bacarıqlar;
- İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, səliqəli, diqqətli, müstəqil və qrup daxilində işləmək bacarığı;

Digər tələb və şərtlər:

- Yaş həddi: 25-50 AZN
- Əmək haqqı 1500-2000 AZN (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
- İş rejimi: həftədə 6 gün, 09.00-dan 17.00-dək
- Nahar şirkət tərəfindən verilir

Göstərilən vəzifə üzrə maraqlanan namizədlərdən mövzu hissəsində  “İstixana Mühəndisi-Texnik" yazmaqla bu elektron poçt ünvanına CV göndərmələri xahiş olunur: info@wegrow.az

Müraciət üçün e-poçt daxil et

Elan #840321

  • 1425

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox