İT Dəstək Üzrə Mühəndis

İT Dəstək Üzrə Mühəndis

PİTS Technology Solutions MMC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    İT mütəxəssisi / məsləhətçi

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    22 avqust 2020

  • Bitmə tarixi

    21 sentyabr 2020

Diqqət!

Bu elanın vaxtı bitib. İT mütəxəssisi vakansiyaları üçün bura keçid edin!

Vəzifə: İT Dəstək Üzrə Mühəndis

Ünvan: Salyan şosesi 32, Səbail rayonu, Bakı şəhəri

Vəzifə öhdəlikləri:

 İT dəstək üzrə göndərilən son istifadəçi sorğularını həll etmək;
 Həll edilmiş sorğuların və həllərin qeydiyyatını aparmaq;
 Aktiv sorğuları ən son məlumatlara uyğun və detallı şəkildə yeniləmək;
 İT Dəstək üzrə daxil olan elektron məktubları nəzarətdə saxlamaq;
 Şirkətin bütün məcburi qayda və proseduralarına riayət etmək;
 Telefonlar da daxil olmaqla, istifadəçilərin cihazlarını quraşdırmaq, konfiqurasiya etmək və problemlərini həll etmək;
 Proqram təminatının yüklənməsi, sazlanması və yarana biləcək problemlərin həlli;
 LAN/ WAN qurğularının quraşdırılması (Şirkətin Telekommunikasiya komandasının rəhbərliyi ilə);
 Şirkətin Telekommunikasiya Komandasının idarəçiliyi altında strukturlu LAN kabelləşməni icra etmək;
 İstifadəçilərə məxsus qurğuların şəbəkə sistemi ilə təmin olunması və əlaqəli problemlərin həlli;
 Son istifadəçilərə İT üzrə ilkin təlimat vermək;
 Təcili sorğuların mövcudluğu halında uyğun proseduralara (iş üzrə menecerə, İT dəstək & Müştərilərlə iş üzrə menecerə məruzə etmək) əsaslanmaq;
 Avadanlıqların yerdəyişməsi/uyğun şəraitdə saxlanılması həyata keçirmək;
 Yeni texnologiyaları öyrənmək üçün maraq və bacarıqları nümayiş etdirmək;
 Avadanlıqların çatdırılması üzrə işləri koordinasiya etmək;
 Şirkət personalının müraciətinə uyğun olaraq, Üçüncü tərəfin əraziyə/server otağına girişini müşayiət etmək;
 Vaxtaşırı olaraq, iş ərazilərinin və Avadanlıqların saxlandığı anbarın yoxlanışını həyata keçirmək.

Namizədə tələblər:

Tələb olunan təcrübə:

Tələb olunan sahə üzrə ən az 2 il təcrübə

Bilik və Bacarıqlar:

 Masaüstü və noutbuk kompüterlərlə, periferik və şəbəkə qurğularla ilə işləmə bacarığı;
 Windows əməliyyat sistemlərində işləmə bacarığı;
 Microsoft Office proqramından istifadə təcrübəsi;
 Windows Server, Active Directory və Group Policy anlayışından tam xəbərdar olma;
 Ethernet, İP və şəbəkə cihazlarının (kommutator/marşrutizator) iş prinsiplər barədə məlumatlı olmaq;
 Problemləri düzgün analiz edə bilmə bacarığı;
 Azərbaycan dilində son istifadəçilərlə yüksək səviyyədə yazılı və şifahi ünsiyyət qura bilmək bacarığı;
 İngilis və rus dillərində texniki ifadələri anlama və texniki sənədlərlə işləmə bacarığı;
 Komanda daxilində işləyə bilmək, işləri koordinasiya edə bilmə bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@pits.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İT Dəstək Üzrə Mühəndis” göstərməyiniz xahiş olunur. Digər mövzulu müraciətlərə baxılmayacaq.

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox