Bakı
İT mütəxəssisi / məsləhətçi
Razılaşma ilə
Təcrübəçi
Ali
23 oktyabr 2020
15 noyabr 2020
Vəzifə: İT Dəstək Üzrə Təcrübəçi
Şirkət: PITS Texnoloji Həllər Şirkəti
Ölkə: Azərbaycan
Ünvan: Salyan şosesi 32, Səbail rayonu, Bakı şəhəri
PITS Məlumatların bərpası, İT Audit, İdarəolunan İT Xidmətlər, Məlumatların Məhvi, İT Təhlükəsizlik xidmətləri, İT layihələrin idarəsi və s. kimi xidmətləri əhatə edən geniş müştəri portfeli olan qabaqcıl İnformasiya Texnologiyaları Şirkətidir. Təməli Azərbaycanda qoyulan PITS-in Gürcüstan, Türkiyə və Almaniyada filialları fəaliyyət göstərir.
Dünyanın qabaqcıl ölkələrinin İT şirkətləri ilə əməkdaşlıq münasibətləri yaradan PITS texniki dəstək üzrə sayılı müqavilələr imzalayaraq bu şirkətlərin zəngin təcrübə və biliklərinə yiyələnməyə müvəffəq olmuşdur.
Hazırda PITS-də Kompüter Elmləri, İnformasiya Texnologiyaları və digər yaxın sahələrdə peşəkar olmaq niyyətində olan IV kurs və magistratura tələbələri üçün Payız Təcrübə Proqramı 2020-ə start verilir.
Proqramın davam etdiyi müddətdə seçilmiş təcrübəçilər ixtisaslı kollektivin üzvləri olaraq real iş təcrübəsi əldə edəcəklər, yeni bilik və bacarıqlara yiyələnəcəklər.
Təcrübə müddəti- 3 ay;
Həftə içi 5 tam iş günləri;
Seçilmiş təcrübəçilər iş təklifi almaq şansını qazanacaq;
Təcrübə müddətinin sonunda təcrübəçilər Sertifikatla təltif olunacaq:
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@pits.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində “Payız Təcrübə Proqramı 2020” göstərməyiniz xahiş olunur. Digər mövzulu müraciətlərə baxılmayacaq.
Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik
müddətinin sonunadək orada qalacaq.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.