- Holdinqin informasiya təhlükəsizliyini qorumaq;
- Məlumat təhlükəsizlik siyasətinin müəyyənləşdirilməsi və idarə edilməsində iştirak etmək;
- İT fövqəladə hallar planı ilə işləmək;
- Məlumat təhlükəsizliyi üçün lazımi tədbirlər həyata keçirmək;
- Texniki avadanlıqların iş təhlükəsizliyini nəzarət etmək, serverlərin və şəbəkə avadanlıqlarının təhlükəsizliyini yoxlamaq;
- Kibertəhlükəsizlik üzrə dövri status hesabatlar hazırlanmasında iştirak edir;
- Təhlükəsizlik sistemlərini konfiqurasiya etmək, təhlükəsizlik tələblərini təhlil etmək və təkmilləşdirmələri tövsiyə etmək;
- Şübhəli davranış üçün şəbəkə trafikini izləmək;
- Şirkətin lokal şəbəkəsinin sxeminin hazırlanmasında iştirak edir;
- Lokal şəbəkənin seqmentləşdirilməsində iştirak edir və seqmentlərin təhlükəsizliyinə nəzarət edir;
- Perimetrdə və lokal şəbəkədə yerləşən qoruyucu firewall avadanlıqlarını konfiqurasiya edir və nəzarət edir;
- Firewall avadanlıqlarında icazələrin verilməsində iştirak edir;
- Təhlükəsizlik avadanlıqlarının, eləcə də servislərin işlək olmasını təmin edir və loqlama mexanizmlərini konfiqurasiya edir;
- Kritik informasiya sistemlərinin və avadanlıqların təhlükəsizlik tələblərinə uyğun sazlanmasını təmin edir;
- Web proqramların təhlükəsizliyini təmin edən nəzarət sistemini qurur və işinə nəzarət edir;
- Şirkətin kritik informasiya resurslarında olan dəyişikliklərin həyata keçirilməsində kibertəhlükəsizlik nəzarət mexanizmlərini sazlayır;
- Periodik olaraq daxili və xarici penetration və vulnerability testlərini həyata keçirmək, təhdidləri müəyyən etmək və müdafiə etmək;
- Daxili audit, risk və informasiya təhlükəsizliyi yoxlamaları nəticəsində ortaya çıxmış kibertəhlükəsizlik üzrə boşluqları aradan qaldırır;
- Şirkətin əməliyyatlarının dayanıqlığı və qəzalardan bərpa planlaşdırılmasında, testləşdirilməsində və icrasında iştirak edir;
- Son istifadəçi sistemlərində yoxlamalar aparmaq, boşluqların aradan qaldırılmasını təmin etmək;
İş şərtlərimiz:
Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək;
İş qrafiki : Tam iş günü (5 gün);
İş saatları: 08:30-17:30;
Çalışacağınız ünvan: Yasamal ray., Mirəli Seyidov küç. (21 saylı məktəbin yaxınlığında);
Şirkət hesabına korporativ nömrə.
Namizədə tələblər:- Təhsil: Müvafiq sahə üzrə ali təhsil;
- Təcrübə: Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
- Dil bilikləri: İngilis və rus dillərində sahə üzrə terminoloji biliklərin olması;
- Şəbəkə, Sistem, Təhlükəsizlik avadanlıqları və bu avandalıqların əməliyyat sistemləri üzrə anlayışlar;
- İT Governance;
- Risk management;
- Təhlükəsizlik planı, siyasəti və prosuduru yazmaq bacarığı;
- İT audit standartlarına dair məlumatının olması;
- Beynəlxalq İT standartları üzrə biliklər;
- Security Operation Center (SOC), SIEM, DLP, Vulnerability scanner və digər təhlükəsizlik sistemləri üzrə bilikləri olmalıdır;
- İT nəzarət və qiymətləndirmə, İT audit, İTİL və ya COBİT standartları üzrə bilikləri arzuolunandır.