Diqqət! Bu elanın vaxtı bitib. İT Təhlükəsizlik üzrə Menecer vakansiyaları üçün bura daxil olun.
Elan № 5768
İT Təhlükəsizlik üzrə Menecer vakansiyaları
İT Təhlükəsizlik üzrə Menecer vakansiyaları
07 May 2021
Elan tarixi
06 İyun 2021
Bitmə tarixi
1875
Baxılıb
İş məlumatları
Füzuli
Şəhər
1 ildən 3 ilə qədər
İş stajı
Tam-ştat
İş rejimi
Texnologiya
Sahə
Sistem idarəetməsi
Kateqoriya
İş barədə məlumat
AFB Bank Təhlükəsizlik Strukturu “İT Təhlükəsizlik üzrə Menecer” vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Menecer
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
İŞİN TƏSVİRİ:
• Bankda mövcud olan elektron sistemlərinin və korporativ şəbəkənin məlumat təhlükəsizliyi siyasətini və konsepsiyasını hazırlayıb tətbiq edir, həmin siyasəti və konsepsiyanı Mərkəzi Bankın tələblərinə, AR-ın qanunvericiliyinə, dövlət və beynalxalq standartlara (İSO, COBIT və s.) uyğunlaşdırır;
• Bankın informasiya sistemlərinin və korporativ şəbəkəsinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə istifadəçilərin həmin sistemlərə və şəbəkəyə buraxılış dərəcəsini müəyyən edir, müvafiq profaylları və şablonları yaradır;
• Bankda mövcud olan informasiya sistemlərinin və korporativ şəbəkənin əsas komponentlərinin fiziki və məlumat təhlükəsizliyi tədbirlərini hazırlayıb tətbiq edir;
• Bank sirri xarakterini daşıyan məlumatların təhlükəsizliyini təmin edilməsi məqsədi ilə məlumat təhlükəsizliyi sistemlərinin imkanlarından istifadə edərək, Bankda aparılan məlumat mübadiləsinə nəzarəti təmin edir, həmin sistemlər tərəfindən yaradılan elektron jurnallara nəzarət edir;
• Bank sirri xarakterini daşıyan məlumatların konfidensial saxlanılması məqsədi ilə mövcud profaylların və parolların qorunması, eləcə də kənar şəxslərin onlardan istifadə etməsinin qarşısının alınması istiqamətində təhlükəsizlik tədbirlərini həyata keçirir;
• Bankın informasiya sistemlərində və korporativ şəbəkəsində baş verən hadisələrin elektron jurnallarının arxivləşməsini və saxlanılmasına nəzarət edir, hadisələri təhlil edir, təhlil nəticəsində müvafiq struktur bölmələri ilə birgə lazımi tədbirlər görür;
• Fiziki Təhlükəsizlik sahəsi ilə birlikdə elektron mühafizə sistemlərini hazırlayıb tətbiq edir, həmin sistemlərin mütəmadi olaraq baxışını və yenilənməsini təmin edir;
• Əsas və ehtiyat SWİFT-modullarının və onlara bağlı şifrlənmə sistemlərinin və davamlı işinə nəzarət edir;
• Təcili pul köçürmə sistemləri, SWİFT, mövcud olan və perspektivli milli və beynəlxalq informasiya sistemləri üçün müvafiq elektron açarlarının, parolların, sertifikatların və s. təhlükəsizliyini və yenilənməsinə nəzarət edir;
• Bankda tətbiq olunan yeni proqram və aparat təminatının təhlükəsizlik standartlarına uyğun işləməsinə nəzarəti həyata keçirir;
• Məlumat təhlükəsizliyi insidentləri baş verən halda iş proseslərini bərpa etmək üçün Bankın işçilərinin hərəkətlərini əlaqələndirir;
• Bankın əməkdaşları tərəfindən məlumat təhlükəsizliyinin pozulmaması üçün maarifləndirici və qabaqlayıcı tədbirlər görür, müntəzəm təlimlər keçirir, onların məlumat təhlükəsizliyi üzrə məsuliyyətlərini izah edir;
• Bankın elektron xidmətləri (kart, internet və mobil bankçılıq və digər elektron xidmətlər) zamanı məlumat təhlükəsizliyi risklərinin minimalaşdırılması üçün təkliflər hazırlayır;
• Bankın informasiya sistemlərin dağıdılması, oğurlanması, talanması hallarının qarşının alınması uçun daxili qayda və tədbirlər planlarını hazırlayır, müvafiq təsdiqdən sonra onların icrasını təşkil edir;
NamİZƏDƏ TƏLƏBLƏR
• Ali təhsil;
• İT sahəsi üzrə 5 il, İnformasiya təhlükəsizliyi üzrə 2 il iş təcrübəsi;
• MS Office proqramları ilə işləmək bacarığı;
• Linux, Windows, Active Directory, Network Technology, Firewall, SİEM ,DLP haqqında biliklər;
• Şəbəkə Skaneri ilə işləmək bacarığı;
• Korporativ antivirus proqram təminatında işləmək bacarığı;
• İT Audit haqqında biliklər;
• Anatilik düşüncə, təhliletmə bacarığı;
• Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “İT Təhlükəsizlik üzrə Menecer” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
OXŞar vakansİYALAR
İnformasiya Təhlükəsizliyi Mərkəzinin Kibertəhlükəsizlik və rəqəmsal dələduzluq üzrə monitorinq şöbəsində kiçik mühəndis
ATB Bank
System Developer
Kapital Bank
Sistem administratoru
Picartery
Bank Sistemlərinin təhlükəsizliyi üzrə Aparıcı mütəxəssis
Rabitabank OJSC
Baş Şəbəkə Administratoru
PASHA Bank
Network Administrator (Şəbəkə Administratoru)
Yelo Bank
IOS Developer
Kapital Bank
Java backend developer (junior/middle) (Ödəniş sistemlərinin inkişafı şöbəsi)
Unibank ASC
Sistem analitiki ( İT biznes analitik)
Bank Respublika ASC
IOS Developer - BirPlatform Tribe
Kapital Bank
Modelling risk specialist (Data Scientist)
AccessBank
Bank sistemləri sahəsinə QA üzrə mütəxəssis
ABB
Senior/Middle QA Engineer
Unibank ASC
İnformasiya Təhlükəsizliyi üzrə Baş Mütəxəssis
PASHA Bank
Middle İOS developer
AccessBank
Senior iOS Developer
NYS Information Technologies
Elan № 5768
İT Təhlükəsizlik üzrə Menecer vakansiyaları
İT Təhlükəsizlik üzrə Menecer vakansiyaları
07 May 2021
Elan tarixi
06 İyun 2021
Bitmə tarixi
1875
Baxılıb